Accessibility links

Pakistanda qatar vağzalında törədilən partlayış nəticəsində azı 26 nəfər ölüb


Şənbə günü Pakistanın cənub-qərbində Bəlucistan əyalətində izdihamlı dəmiryol vağzalında intiharçı hücumçunun özünü partlatması nəticəsində azı 26 nəfər ölüb, 60-dan çox adam yaralanıb.

Yüksək rütbəli polis zabiti Mohammad Baloç jurnalistlərə bildirib ki, əyalətin paytaxtı Kvettadakı dəmiryolu vağzalında güclü partlayış baş verən zamanı “təxminən 100 sərnişin” gözləmə zonasında olub.

Polis və xəstəxana rəsmilərinin bildirir ki, həlak olanların ən azı yarısı və yaralananların çoxu Pakistan ordusunun üzvləridir ki, bu da hücumun əsas hədəfi olub.

Əyalət hökumətinin sözçüsü Şahid Rind bildirib ki, yaralılar arasında ən azı 10 nəfərin vəziyyəti ağırdır.

Bəluc Azadlıq Ordusu adlı üsyançı qrup ölümcül hücuma görə məsuliyyəti öz üzərinə götürərək, intiharçı-terrorçu dəstəsinin bir üzvünün Pakistan hərbçilərini hədəf aldığını iddia edib.

Baş nazir Şahbaz Şərif Kvettadakı "terrorçu" partlayışı pisləyib və "günahsız mülki şəxslərin" qətlinin arxasında duranları cəzalandıracaqlarına söz verib, onun ofisinin İslamabaddakı bəyanatında deyilir.

Zəngin təbii sərvətləri ilə tanınan Bəlucistan təkcə bu il yüzlərlə insanın ölümünə səbəb olan silahlı hücumlarda dramatik artım yaşayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG