Accessibility links

Trampın adını daşıyan İsrail qəsəbəsinin sakinləri onun qələbəsini fürsət kimi görürlər


Tramp yüksəkliklərinin israilli sakinləri Donald Trampın ABŞ prezidentliyinə qayıtmasının mərkəzi Qolan Təpələrindəki bu kiçik, ucqar yaşayış məntəqəsinə yeni nəfəs verəcəyinə ümid edərək, öz adaşlarının seçilməsini alqışlayıb.

İlk prezidentliyi dövründə Tramp 1967-ci ildə Yaxın Şərq müharibəsində Suriyadan ələ keçirdiyi Qolan üzərində İsrailin nəzarətini tanıyan ilk və yeganə xarici lider olmuşdu. İsrail bu forpostu ondan sonra rebrendinq etməklə ona təşəkkür etmişdi.

Lakin 2019-cu il mərasimindən sonra yeni sakinlərin genişmiqyaslı axını heç vaxt baş verməyib və cəmi bir neçə ailə Tramp yüksəklikləridə (ivrit dilində "Ramat Trump") da yaşayır. İş imkanları məhdud olan bu ərazidə Livanda Hizbullah militantlarına qarşı bir ildən çox davam edən müharibə təcrid hissini daha da artırıb.

Trampın seçilməsi cəmiyyətdə daha çox üzv və həmçinin təhlükəsizliyin təkmilləşdirilməsi üçün daha çox maliyyə vəsaiti cəlb edəcəyinə ümid yaradıb.

Tramp yüksəkliklərinin icma meneceri Yarden Freimann "Bəlkə bu, daha çox maarifləndirmə və buradakı uşaqlarımıza kömək üçün bir az dəstək ola bilər" deyib.

Qolan regional şurasının rəhbəri Ori Kallner sakinlərin gələcək yaşayış binaları üçün hazırladıqları yeni asfalt yollar, işıq dirəkləri və kommunal xətlərlə dolu onlarla torpaq sahələrini nümayiş etdirib. “Prezident Trampın Ağ Evə qayıtması şəhəri mütləq manşetlərə çıxaracaq”- deyə, bildirib.

İsrail döyüş təyyarələri havada uçarkən Kallner ABŞ və İsraili simvolizə edən qartal və menoranın metal heykəlinin yanında dayanıb. Livandan atılan raketlərdən iki partlayış yaxınlıqdakı təpələrə düşüb və Livan sərhədinin o tayında İsrail hava hücumlarından havaya tüstü qalxıb.

Qəsəbənin adı ivrit və ingilis dillərində yazılmış nəhəng lövhə günəş altında parıldayır, lakin İsrail və ABŞ-ın iki böyük metal bayraqları isə demək olar ki, tanınmaz dərəcədə solub.

1967-ci il müharibəsində suriyalılar tərəfindən qaçan kəndlərin kül xarabalıqları ilə əhatə olunmuş bu şəhər İsrailin Livandakı döyüşləri üçün tanklar, artilleriya və qoşun yığdığı Hula vadisinin üstündə yerləşir. Vadidəki əksər şəhərlər boşaldılıb.

Oktyabrın 1-də Livana təcavüzündən sonra hökumət bölgədəki bütün məktəbləri bağladıqdan sonra Tramp yüksəkliləri uşaqlarını yaxınlıqdakı qəsəbədəki müvəqqəti uşaq bağçasına göndərir.

Tramp yüksəkliləri Livan və Suriyadan cəmi 12 kilometrlik məsafədədir. İsrail 1981-ci ildə İsrailin şimalına baxan strateji bir yayla olan Qolanı ilhaq edib. Bu hərəkət beynəlxalq səviyyədə tanınmayıb. 2019-cu ilin martında Trampın xəbərdarlıq etmədən ABŞ-ın İsrailin əraziyə nəzarətini “tam tanıyacağını” tweet etdikdə Qolanı Suriya ərazisi və İsrailin yaşayış məntəqələrini qanunsuz hesab edən beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınaqla qarşılanıb. ABŞ İsrailin ilhaqını tanıyan tək ölkə olaraq qalır.

Kallner Trampın indi Avropa ölkələrini orada İsrailin suverenliyini tanımağa inandıracağına ümid etdiyini bildirib.

İsrailin rəqəmlərinə görə, Qolanda təxminən 50 000 insan yaşayır - onların təxminən yarısı yəhudi israillilər, digər yarısı isə ərəb druzlarıdır, onların çoxu hələ də özlərini işğal altında olan suriyalı hesab edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG