Accessibility links

Harris prezident seçkisində Trampa məğlub olduğunu qəbul edib


Harris prezident seçkisində Trampa məğlub olduğunu qəbul edib
please wait

No media source currently available

0:00 0:03:49 0:00

Birləşmiş Ştatlar hakimiyyətin ötürülməsinə hazırlaşır. Belə ki, Prezident Co Bayden prezident seçilən Donald Trampı qələbəsi münasibətilə təbrik edib, vitse-prezident Kamala Harris isə məğlubiyyətini qəbul edib. Amerikanın Səsinin Ağ Ev bürosunun rəhbəri Patsi Vidakusvara Harrisin çərşənbə axşamı çıxış etdiyi Hovard Universitetindən xəbər verir.

Vitse-prezident Kamala Harris Prezident seçilən Donald Trampa məğlubiyyətini çərşənbə günü gündüz saatlarında özünün oxuduğu və bir gün öncə seçki nəticələrinin izləndiyi tədbirin keçirildiyi Hovard Universitetindəki çıxışda qəbul etdi.

Trampdan fərqli olaraq Harris həftələr öncədən seçki nəticəsində hörmətlə yanaşacağını vəd edib. O deyib ki, bu, Amerika demokratiyasının fundamental prinsipidir.

“Biz prezident və ya partiyaya deyil, Birləşmiş Ştatların Konstitusiyasına sədaqət borcluyuq. Və vicdanımıza və Tanrımıza sədaqət borcluyuq. Mən hər üçünə sədaqətim səbəbilə burada deyirəm ki, bu seçkidə məğlubiyyətimi qəbul etsəm də, bu kampaniyaya təkan verən mübarizədə məğlubiyyəti qəbul etmirəm,” ABŞ vitse-prezidenti Kamala Harris deyib.

Bundan öncə Harris Trmpa zəng edərək, onu təbrik edib və hakimiyyətin dinc yolla ötürülməsinin və bütün amerikalıların prezidenti olmağın vacibliyini müzakirə edib.

Tramp kampaniyası bildirib ki, prezident seçilən Tramp Harrisin kampaniya boyu sərgilədiyi gücü, peşəkarlığı və əzmkarlığını alqışlayıb və hər iki lider ölkəni birləşdirməyin vacibliyi üzərinə razılığa gəlib.

Ağ Ev bildirib ki, Prezident Co Bayden hər iki namizədə zəng edib. O, cümə axşamı seçki nəticələrini və hakimiyyətin ötürülməsini müzakirə etmək üçün xalqa mürəciət edib.

Harris öz çıxışında işçiləri və tərəfdalarına təsəlli verməyə çalışıb.

Yalnız kifayət qədər qaranlıq olduqda, ulduzları görə bilərsiniz. Bilirəm ki, çox insan bizim qaranlıq zamanlara girdiyimizi hiss edir. Amma mən, hamımızın faydası üçün ümid edirəm ki, bu belə deyil. Amma Amerika, belə bir şey var ki, bu belə olsa da, gəlin səmanı milyardlarla parlaq, parlaq ulduzun işığı ilə dolduraq. Nikbinlik, inam və xidmət işığı,” o deyib.

Harrisin çıxışı 2016-cı ildə bir digər qadın namizəd olan Hillari Klintonun Trampa məğlubiyyətini etiraf etdiyi anı xatırlanıb.

Çərşənbə axşamı keçirilən seçki günündə Harrisin iki mindən çox tərəfdarı gecə 12-dən sonra nəticələrin izləndiyi tədbirdə qalıb.

Ştatlarda Trampın qələbə çaldığını gösətərn nəticələr gəldikcə onlar arasında əhval-ruhiyyə getdikcə daha kədərli hal alıb.

Çərşənbə günü Harrisin məğlubiyyət çıxışını izləyənlərin çoxu emosional olub.

“Mən ağlayaraq oyandım. Mən dünən seçki görüşünü ağlaya-ağlaya tərk etdim. İndi özümü ümidli hiss edirəm. Özümü bərpa olunmuş hiss edirəm. Qarşıda uzun bir yol var, amma mənə elə gəlir ki, bu, səfərin sonu deyil,” Harris tərəfdarı Keitlin Qoltier deyir.

“O, bizə özümüz, icmamız üzərində işləməyə və diqqət verməyə davam etmək üçün bir az ümid verdi. Və mən onun sözünü bu notla bitirməsindən məmnunam,” Harris dəstəkçisi Conatan Burton deyir.

“İnsanlar öz sözlərini dedi. Biz buna hörmət etməliyik. Bu, demokratiyadır və biz mübarizə aparmağa davam etməliyik,” Harris tərəfdarı Dita Barqava deyir.

Tramp Seçicilər Kollegiyasının 292, Harris isə 224-nün səsini qazanıb. Tramp çərşənbə axşamından çərşənbəyə keçən gecə qələbəsini elan edərək, tərəfdarlarına təşəkkür edib.

“Onlar hər bir qarışdan idi. Həmkarlar ittifaqında olanlar, olmayanlar. Afrikalı amerikalılar, hispanik amerikalılar, asiyasi amerikalılar, ərəb amerikalılar, müsəlman amerikalılar. Hər kəs var idi və bu, gözəl idi. Bu, tarixi dəyişiklik idi,” o deyib.

Harrisin məğlubiyyət çıxışı iyul ayında Baydenin yarışdan geri çəkilməsi ilə sürətli şəkildə başlayan kampaniyanın sonunu qeyd etdi.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG