Accessibility links

Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçildi


Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçildi
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Amerikanın Səsi sabiq ABŞ Prezidenti Donald Trampın bir neçə mühüm ştatda qələbələr çalaraq, hazırkı vitse-prezident Kamala Harrisi məğlub etdiyini proqnozlaşdırır. Amerikanın Səsinin Vaşinqton üzrə baş müxbiri Karolin Presutti Trampın Floridada əksər xəbər agentlikləri nəticəni elan etmədən öncə qələbəsini qeyd etdiyi tədbirdə iştirak edib.

ABŞ-ın növbəti prezidenti tanış biridir.

"Mən Amerika xalqına sizin 47-ci və 45-ci prezidentiniz seçilmək şərəfinə görə təşəkkür etmək istəyirəm," Donald Tramp dedi.

Sabiq prezident Donald Tramp ölkənin şərq sahilində səsvermə bitəndən yeddi saatdan çox sonra tərəfdarları qarşısında çıxış etdi.

"Son dörd ildəki bölgüləri geridə qoymaq vaxtıdır, birləşmək vaxtıdır," Donald Tramp bildirdi.

Rəy sorğularının Trampla Vitse-prezdent Kamala Harrisə dəstək arasında fərqin çox cüzi olduğunu göstərməsinə baxmayaraq, onun tərəfdarları hər zaman əmin idilər.

"Düşünərim ki, çox insan sadəcə olaraq ölkədə baş verənlərdən bezib. Hər şeyin qiyməti artıb: ərzaq, yanacaq, evlər," Tramp tərəfdarı Stiv MakQuayr deyir.

"Trampın rəhbərliyi altında keçirdiyimiz dörd il xoşuma gəlir və ümid edirəm ki, biz ona qayıda bilərik," Tramp tərəfdarı Alea Vebber deyir.

Tramp lazım olan 270 elektorun səsini qazanandan sonra, ABŞ Senatında da Respublikaçılar əksəriyyəti əldə etdi.

Bu, son dərəcə uzun seçki kampaniyası idi. Trampa qarşı iki dəfə sui-qəsd cəhdi olub. İyul ayında güllə onun qulağını sıyırıb. Bu hadisədən sonra prezidentliyə namizədin “Döyüşün! Döyüşün! Döyüşün!” sözlərini dediyi ikonik görüntüsü ağıllarda qalıb.

Həmin gün Rene Vayt Pensilvaniyanın Batler şəhərində onun arxasında oturmuşdu. Seçki günündə isə o, Palm Biçdə idi. O deyir ki, Tramp növbəti dörd ildə də bu əhvalda qalmalıdır.

"Mən bunun asan olacağını düşünmürəm. Mübarizə aparmağa davam etmək lazımdır," Vayt deyir.

Sanki bu izdiham namizədlərinin qalib gələcəyini əvvəlcədən bilirdi. Bunlar, insanlar seçki nəticələrini izləmək üçün keçirilən tədbirə daxil olduqlarında onlara verilən papaqlardır. Papağın arxasında Tramp, kənarlarında isə 45 və 47 yazılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG