Accessibility links

Tramp ABŞ-ın 47-ci prezidenti seçildi


ABŞ-ın sabiq prezidenti Donald Tramp çərşənbə günü Pensilvaniya və Viskonsin də daxil olmaqla bir sıra mühüm ştatlarda vitse-prezident Kamala Harrisi məğlub edərək ölkənin 47-ci prezident seçildi.

Çərşənbə axşamı günü partiyalarının açıq üstünləyə malik olduğu ştatlarda səsvermələr bağlandıqdan sonra həm Harris, həm də Tramp tez qalib elan edildi. Bu vaxt, rəqabətin mövcud olduğu və seçkilərin nəticələrini müəyyən etmək üçün mühüm hesab edilən yeddi ştat üzrə nəticələrin necə olacağı gözlənildi.

Trampın Pensilvaniya ştatındakı qələbəsi, daha öncə Corciya və Şimali Karolinada qazandığı qələbələrlə bərabər, ona lazım olan 270 seçicilər kollegiyası səsindən 267-ni təmin etdi.

Harris seçkilərin nəticələrini öz xeyrinə dəyişmək üçün Miçiqan, Viskonsin, Nevada və Arizona ştatları da daxil olmaqla bütün digər ştatlarda qazanmalı idi.

Bundan əlavə, respublikaçılar çərşənbə axşamı 100 üzvü olan ABŞ Senatına nəzarəti ələ keçirdilər. ABŞ Nümayəndələr Palatasına hansı partiyanın nəzarət edəcəyi hələ məlum deyil.

Tramp çərşənbə günü Floridada keçirilən mitinqdə tərəfdarlarına təşəkkür edərkən qələbə qazandığını bəyan edib.

“Bu, indiyədək heç kimin görmədiyi bir hərəkat idi və açığını desəm, bu, bütün zamanların ən böyük siyasi hərəkatı idi”, - Tramp bildirib.

O, "sərhədlərimizi düzəldəcəyik" və "ölkəmizdə hər şeyi düzəldəcəyimizi" vədi verdi.

Tramp həmçinin “güclü, təhlükəsiz və firavan Amerika”ya nail olmaq üçün çalışacağını bildirib.

Harris kampaniyasının rəsmisi Vaşinqtondakı tərəfdarlarının bildirdi ki, o, çərşənbə günü danışacaq.

Prezident Co Baydenin iyul ayında seçkidən yarışından çəkilməsindən sonra yarışa gec qoşulan Demokrat namizəd Harris ABŞ prezidenti vəzifəsinə seçilən ilk qadın olmağa çalışırdı.

Trump 2017-2021-ci illərdə ABŞ prezidenti olub. Lakin o, 2020-ci il prezident seçkilərində Baydenə məğlub olduqdan sonra vəzifəsini tərk etdi. Tramp hələ də həmin seçkilərdə qalib gəldiyini deyir. Onun bu mövqeyi tərəfdarlarının 2021-ci ilin yanvarın 6-da seçkilərini təsdiqi prosesi keçirilən Kapitoli binasına hücumuna təhrik etdi.

2020-ci il səsverməsindən sonra da ştat və federal hakimlər Tramp və onun müttəfiqlərinin seçki pozuntuları ilə bağlı qaldırdıqları 50-dən çox iddianı rədd etdilər.

Trampın yeni müddət üçün inauqurasiya mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılır.

Forum

XS
SM
MD
LG