Accessibility links

Tofiq Yaqublunun məhkəmə prosesinin vaxtı məlum olub


Tofiq Yaqublu məhkəmədə “Putinin Navalnını öldürdüyü kimi Əliyevin də planı məni həbsxanada öldürməkdir” şüarı qaldırıb
Tofiq Yaqublu məhkəmədə “Putinin Navalnını öldürdüyü kimi Əliyevin də planı məni həbsxanada öldürməkdir” şüarı qaldırıb

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə növbəti məhkəmə prosesi noyabrın 29-na təyin olunub.

Bu barədə onun qızı Nərgiz Yaqublu bildirib.

Tofiq Yaqublunun sonuncu məhkəmə prosesi oktyabrın 18-də baş tutub.

Bundan sonra məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınmışdır.

Tofiq Yaqublunun məhkəməsi şahid ifadələri ilə davam edir.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG