Accessibility links

Tramp ABŞ prezident seçkilərində qalib gəldi

09:07 6.11.2024

Tramp seçkilərin nəticəsini müəyyən edəcək yeddi mühüm ştatdan biri olan Şimali Karolinada qələbə qazanır

Donald Tramp ABŞ prezidenti olmaq üçün toplmalı olduğu 270 seçicilər kollegiyası səsi mühüm olan Şimali Karolinada qələbə qazanır.

Seçkilərin nəticələrini müəyyən edəcək digər mühüm ştatlar Pensilvaniya (19 səs), Corciya (15), Miçiqan (15), Arizona (11), Viskonsin (10) və Nevadadır (6). Həmin ştatlarda qalibin müəyyən edilməsi bir neçə günə qədər uzana bilər.

Hazırda Trampın 240 seçici kollegiyası səsi var. ABŞ prezidenti seçilmək üçün ona əlavə 40 səs toplamaq lazımdır.

08:43 6.11.2024

Harris və Tramp qələbə əldə etdikləri ştatların sayını artırır

Vitse-prezident Kamala Harrisin 179, keçmiş prezident Donald Trampın isə 214 seçicilər kollegiyası səsi var.

Harris Kaliforniya və Vaşinqton ştatlarında, paytaxt Vaşinqton şəhərinin yerləşdiyi Kolumbiya Mahalında qələbə qazanır və Meyn ştatından seçici kollegiyası səsini əldə edir. Tramp isə Aydaho, Ayova və Kanzas ştatlarında qalib gəlir.

Hazırda ölkədə əksər seçki məntəqələri bağlanıb. Havayda Şərq vaxtı ilə gecə yarısı və Alyaskada Şərq vaxtı ilə gecə saat 1-də bağlanacaq.

Qalibi müəyyən edəcək mühüm ştatlar olan Viskonsin, Miçiqan, Pensilvaniya, Corciya, Şimali Karolina və Arizona ştatlarında səslər hələ də hesablanır.

07:39 6.11.2024

Tramp saat 22:00-da liderdir

ABŞ Şərqi vaxt ilə saat 22:00-a olan məlumata görə, keçmiş prezident Donald Trampın 198, vitse-prezident Kamala Harrisin isə 109 seçicilər kollegiyası səsi var.

Tramp Missuri, Montana, Ohayo, Luiziana, Şimali Dakota, Cənubi Dakota, Texas, Yuta və Vayominq ştatlarında qazandığı qələbələrlə liderliyini artırıb.

Tramp həmçinin Nebraska ştatında keçirilən ümumxalq səsverməsini qazanaraq ona iki seçicilər kollegiyasının səsini qazandırıb. Tramp həmçinin Nebraska ştatında Konqres dairə seçkilərində üç səsdən birini qazanıb. Nebraska, seçki səslərini qismən konqres dairələrində qazanılan qələbələrə əsasən bölüşdürən iki ştatdan biridir.

Harris qalibiyyət siyahısına Nyu York və Koloradonu əlavə etdi. Nyu York ştatının ona 28 seçilər kollegiyası səsi var. Koloradoda bu say 10-dur.

Arizona, Corciya, Miçiqan, Şimali Karolina və Pensilvaniya kimi mühür ştatlar da daxil olmaqla bir çox ştatlar hələ də nəticə məlum deyil.

06:41 6.11.2024

Harris və Trump ehtimal edilən ştatlarda qələbə qazanmağa davam edirlər

Ölkənin yarısında səsvermənin bağlandığı bir vaxtda vitse-prezident Kamala Harris səkkiz ştatda, keçmiş prezident Donald Tramp isə 10 ştatda qalib gəlir.

Daha öncə Vermont qələbəsinə əlavə olaraq, Harrisin Konnektikut, Delaver, İllinoys, Merilend, Massaçusets, Nyu Cersi və Rod-Aylend də qalib gəlib. Onun indi 71 seçici kollegiyası səsi var.

Bu arada Tramp İndiana və Kentakki ştatlarında qazandığı qələbələrdən sonra Alabama, Arkanzas, Florida, Missisipi, Oklahoma, Cənubi Karolina, Tennessi və Qərbi Virciniyada qələbə qazanır. Beləliklə, Respublikaçı namizədin indi 101 seçici səsi var.

Prezident olmaq üçün ən azı 270 seçici səsi lazımdır.

Daha çox yüklə

XS
SM
MD
LG