Accessibility links

Çərşənbə axşamı seçkiləri həm də Konqresin taleyini müəyyən edəcək


Çərşənbə axşamı (5 noyabr, 2024-cü il) günü keçirilən səsvermədə ABŞ-ın növbəti prezidentinin kim olacağı ilə bərabər, ABŞ Konqresinə hansı partiyanın nəzarət edəcəyi də müəyyən ediləcək.

ABŞ-da hər iki ildən bir Nümayəndələr Palatasınıdakı 435 yerin hər biri və Senatdakı 100 yerin üçdə biri uğrunda seçkilər keçirilir.

Hal-hazırda Demokratlar cüzü fərqlə Senatda, Respublikaçılar isə cüzi fərqlə Nümayəndələr Palatasında çoxluğa malikdirlər.

Seçkilərin nəticəsindən asılı olaraq, Konqresin hər iki palatasında üstünlük hər iki partiyanın xeyrinə dəyişə bilər və ya eyni qala bilər.

Təhlilçilərin fikrincə, Senatın kimin nəzarətində olacağı yeddi yarışdan, Nümayəndələr Palatasının isə kimin çoxluğa malik olacağı 40-a yaxın yarışdan asılıdır.

Hər iki partiya Nümayəndələr Palatasında 200-ə yaxın yeri özündə saxlayacağı ehtimal edilir. Respublikaçılar hazırda Nümayəndələr Palatasında üç boş yerlə bərabər, 220-212 nisbəti ilə üstünlüyə malikdirlər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG