Accessibility links

Amerikalılar prezident seçkilərində səs verir


Amerikalılar prezident seçkilərində səs verir
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Birləşmiş Ştatlarda seçki günüdür və seçicilər prezidentlik yarışında və Konqresə nəzarəti müəyyən edəcək seçkilərdə öz seçimlərini edərək səs verirlər. Amerikanın Səsinin müxbiri Keyn Farabo Viskonsin ştatından məlumat verir.

ABŞ-da nəhayət seçki günüdür. Viskonsin və Miçiqan kimi seçkinin taleyini həll edəcə biləcək ştatlarda hava proqnozunun seçici fəallığına necə təsir edəcəyi aydın deyil. Lakin bu gün amerikalıların səs vermək üçün son imkanıdır.

ABŞ-ın şərqindəki Nyu-Hempşir ştatının Diksvill Notç şəhərində səsvermə məntəqələri vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Trampa verilən altı səsin bərabər (3-3) olduğu şəraitdə gecə yarısından dərhal sonra açılıb.

Diksvill Notç şəhərində nəticə kampaniyanın son günlərində hər iki prezidentliyə namizəd üçün finiş xəttinə qədər gərgin yarışın olacağını göstərən sorğulara uyğun gəlir.

Prezident seçkilərində kimin qalib gəlməsi üçün seçkidə Harrisin Filadelfiyada tərəfdarları qarşısında kampaniyasının yekun çıxışını etdiyi Pensilvaniya ştatı da daxil olmaqla, bir neçə ştatda nəticələr həlledici olacaq.

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris: “Beləliklə, Amerikada daha bir gün gəlir, həyatımızın ən vacib seçkisinə bir gün daha qalır və impuls bizim tərəfimizdədir.”

Donald Tramp Ağ Evə qayıtmaq üçün kampaniyasının son tədbirində mühüm Miçiqan ştatında Qrand Rapidsdə tərəfdarları ilə görüşüb.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp: “Bu mənim sonuncu mitinqimdir. Son mitinqim. İnana bilirsinizmi? Mitinqlər, bu böyük, gözəl mitinqlər. Daha əvvəl belə bir şey olmamışdı. Və heç vaxt belə bir şey olmayacaq. Bu, oldu.”

On milyonlarla amerikalı seçki günündən əvvəl səs verib. Bəzi ştatlarda seçicilər bülletenləri poçtla göndərib, digərləri isə erkən səsvermə məntəqələrində səs veriblər.

Politoloq Maykl Vaqner: “ABŞ-da seçkilər son dərəcə təhlükəsizdir. Seçkilərlə bağlı əksər kopnspirasiya nəzəriyyələrinin heç bir əsası yoxdur”.

Viskonsin Universitetinin politoloqu Maykl Vaqner Viskonsin kimi ştatlarda seçici fəallığının hər iki prezidentlik kampaniyası üçün əsas rol oynadığını deyir. O, əvvəlki seçkilərdə bəzi ştatlarda milyonlarla səsdən namizədləri yalnız minlərlə səsin ayırdığını qeyd edərək, ölkədə siyasi qütbləşmənin olduğunu vurğulayır.

Politoloq Maykl Vaqner: “Əvvəllər amerikalılar hətta siyasi fikir ayrılıqları olsa belə anlaşa bilirdilər. İndi Viskonsin ştatında insanların 60 faizdən çoxu fikir ayrılığına görə kiminləsə siyasi müzakirələri dayandırdıqlarını deyir və hər beşimizdən biri kimisə siyasi baxışları ilə razı olmadığımız üçün həyatından tamamilə kəsdiyini deyir. Bu, həqiqətən də bir neçə nəsildə görmədiyimiz vətəndaş bölgüsünün nümunəsidir.”

Seçkilərin bütövlüyünü şübhə altına alan dezinformasiya kampaniyaları fonunda seçki rəsmilərinə təhdidlər amerikalıların hər iki prezidentliyə namizədin ABŞ tarixində “ən mühüm seçki” adlandırdıqları seçkidə qərar verdiyi zaman ölkə daxilində seçki məntəqələrində təhlükəsizliyin artırılmasına səbəb olub.

Forum

XS
SM
MD
LG