Accessibility links

Umud Şükri: İran BRICS-dən ciddi qitisadi və siyasi faydalar ala bilməyəcək


Umud Şükri
Umud Şükri

İranın yarı-rəsmi xəbər agentliyi ISNA “dünyanın 45 faiz iqtisadi gücünə sahib olan BRICS-in Qərbin İrana qarşı sanksiyalarını yan keçmək üçün bir şah-açar olduğunu” yazıb.

Amerikanın Səsinə danışan beynəlxalq əlaqələr və enerji geosiyasəti üzrə ekspert Umud Şükri hesab edir ki, İran Şanxay Əməkdaşlıq Təşkilatından (SCO) arzu etdiyini ala bilmədiyi kimi BRICS-dən də irimiqyaslı iqtisadi və siyasi faydalar götürə bilməyəcək.

Umud Şükri: İran BRICS-dən ciddi qitisadi və siyasi faydalar ala bilməyəcək
please wait

No media source currently available

0:00 0:12:19 0:00
Direct link

“2024-ün yanvar ayında İran BRICS-ə üzv olanda, belə elan edildi ki, İbrahim Rəisi ilə İranın xarici siyasətində böyük bir inkişaf yaşanıb və İran artıq Qərb olmadan xarici işlərində Çinlə, Rusiya ilə birgə forumlarda olaraq bəlli problemlərini çözə biləcək,” Şükri söyləyib.

Onun dediklərinə görə, “İranın həm Şanxay Əməkdaşlıq Təşkilatı (SCO) həm BRICS-ə üzv olması sözdə İranın xarici siyasətində böyük uğurdur. Amma, məsələn sanksiyalar zaman İran nə Rusiyadan bir yardım ala bildi, nə də Çindən. Ən son da, İsrail-İran münaqişəsində də bu ölkələrin İrana yardımı toxunmadı. Ona görə, nə beynəlxalq siyasət nə də iqtisadi cəhətdən Çinin və Rusiyanın İrana dəstəkləri olmadı.”

Şükri İslam Respublikasının BRICS-dən irimiqyaslı siyasi və ya iqtisadi faydalar əldə edə bilməyəcəyini, yalnız beynəlxalq ictimaiyyətə təcrid olunmadığına dair mesaj verə biləcəyini önə çəkir:

“Çin və Rusiya həm BRICS həm də SCO üzvüdürlər. Hindistan da eyni şəkildə. Bunlardan İran istədiyi yardımı, dəstəyi, texlogiyanı və ya sərmayəni görə bilmədi. BRICS çərçivəsində məncə İran Braziliyadan dəstək ala bilər. Braziliya bir kənd təsərrüfatı ölkəsidir. İndi bu şəraitdə bütün ölkələrin ilk prioriteti milli təhlükəsizlikdən sonra qida təhlükəsizliyidir ki, İranda su və iqlim dəyişikliyi problemi var. İran Braziliyadan bəlli məhsulları bəlli zamanda idxal edə bilər. Amma, məsələn Çin İrandan daha ucuz neft alır və sanksiyaları yan keçir. Yəni, BRICS üzvü olaraq Çin İrandan faydalana bilir. Rusiyaya İran Ukrayna savaşında sadəcə silah satır. Onun xaricində çox bir iş görə bilməz. İranın Cənubi Afrika və Hindistan ilə də hələlik sanksiyalar davam edərkən daha çox iqtisadi və siyasi iş birliyi ola bilməz.”

Ekspert əlavə edir ki, “İran BRICS üzvü olmaqdan prestij məsələsi xaric, nə siyasi cəhətdən nə də iqtisadi cəhətdən faydalana biləcək. İran ilə ABŞ arasındakı problemlər çözülərsə ki, qısamüddətdə çözülən deyil, və sanksiyalar qaldırılsa və İran FATF-ə qoşulsa ancaq İranın BRICS ölkələri ilə daha çox iqtisadi iş birliyi ola bilər.”

Forum

XS
SM
MD
LG