Accessibility links

Bayden: Rusiya Moldovada seçki prosesini pozmağa çalışsa da, buna nail ola bilməyib


Prezident Co Bayden bazar ertəsi Moldova prezidenti Maya Sandunu prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik edib və Rusiyanın seçki prosesinə xələl gətirmək cəhdlərinin iflasa uğradığını bildirib.

Ağ Evin rəhbəri açıqlamasında “Maya Sandu yenidən Moldova prezidenti seçilməsi münasibətilə təbrik edirəm” deyib.

"Bazar günü Moldova xalqı seçkiyə getdi və Prezident Sandunun təhlükəsiz, firavan və demokratik Moldova vizyonuna səs verdi. Prezident Sandunun yenidən seçilməsi Moldova xalqının Avropa İttifaqına üzvlük lehinə konstitusiya referendumunun keçirilməsindən cəmi iki həftə sonraya təsadüf edir”- deyƏ. prezident əlavə edib.

“Rusiya aylardır Moldovada demokratik təsisatları və seçki proseslərini pozmağa cəhd edib. Lakin Rusiya uğursuz oldu", Bayden vurğulayıb.

O deyib ki,Moldova xalqı öz gələcəyini seçmək kimi demokratik hüququndan istifadə edib, Avropaya və bütün dünyada demokratiyaya yönəlmiş bir yol seçib”.

Sandu səslərin 55%-dən çoxunu, rəqibi Stoyanoqlo isə 45%-ni qazanıb.

Sandunun qələbəsi Moldovanın avropapərəst istəklərinə təkan verir.

Rusiya seçkiyə müdaxiləsi ilə bağlı iddaları rədd edir.

Forum

XS
SM
MD
LG