İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) liderlər sammitində iştirak etmək üçün Bakıya səfər edəcək.
Bu barədə İranın Bakıdakı səfirliyindən Turan agentliyinə bildiriblər.
Liderlər sammiti noyabrən 11-dən 13-dək keçiriləcək.
COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir. Artıq konfransda iştirak etmək üçün 50 mindən çox insan qeydiyyatdan keçib.
COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə kənd təsərrüfatı naziri Tomas Vilsak, enerji naziri Cennifer M. Qranholm, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri Brenda Mallory, Energetika katibinin müavini David Turk, daxili işlər nazirinin müavini vəzifəsini icra edən Laura Daniel-Devis, Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini vəzifəsini icra edən Ceyn Nişida, Ticarət Katibinin Okeanlar, Atmosfer üzrə Müşaviri və Milli Okean, Atmosfer Administrasiyasının administratoru Rik Spinrad, Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins və digər yüksək vəzifəli şəxslər daxildir.
Sammitdə həmçinin İsrail Prezidenti İsaak Herzoq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın, İspaniyanın, İtaliayanın baş nazirləri və digər ölkələrin rəhbərləri iştirak edəcək.
COP29 noyabrın 11-22-də Bakıda keçirləcək.
Forum