ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ kolleclərindən birinin ev sahibliyi etdiyi dörd sahə - “Rəqəmsal Media”, “Kənd Təsərrüfatı”, “İT və Kibertəhlükəsizlik” və “Biznes və Sahibkarlıq” sahələri üzrə bir illik akademik dərəcə nəzərdə tutmayan icma kolleci proqramını (CCİ) elan edib.
Səfirliyin yaydığı məlumata görə, proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
Məlumata əsasən, 2025-ci ilin iyulundan 2026-cı ilin iyununa qədər bir il müddətinə təklif olunacaq proqram üçün 4 nəfərə qədər azərbaycanlı tələbə seçiləcək.
Proqram öncəsi oriyentasiya 2025-ci ilin iyun ayında keçiriləcək.
Tələbələr digər amerikalı və beynəlxalq tələbələrlə birgə ABŞ icma kolleclərindən birində təhsil alacaqlar.
Səfirliyin məlumatında qeyd edilir ki, tələbələrə təhsil müddətində ABŞ-da işləməyə icazə verilmir və proqram müddətində başqa kurslarda iştirak etmək üçün şərait yaradılmır.
Səfirlik qeyd edir ki, namizədlər təsvir olunduğu kimi rəqəmsal media və kommunikasiya yolunda təhsilə olan maraqlarını və öhdəliyini nümayiş etdirməyi bacarmalıdırlar.
Azərbaycan tərəfindən verilmiş etibarlı pasporta malik olan vətəndaş, milli və ya daimi rezident, hazırda Azərbaycanda yaşayan, 1 iyul 2025-ci ilə qədər 18 yaş və ya daha böyük olan, uğurla orta məktəb attestatını qazanan, 1-ci və 2-ci kurs tələbələri, yetərincə təmsil olunmayan qrupdan və yaxud xidmət göstərilməyən icmadan olan ərizəçilərə üstünlük veriləcək.
Bundan əlavə ingilis dilində təhsil ala bilən, xaricdə təhsil təcrübəsi olmayan və ya məhdud olan, əvvəlcədən xaricdə təhsili və ya ABŞ-a səfəri olmayan namizədlərə yerləşdirmə prioritetləri veriləcək.
Forum