Moldovanın təhlükəsizlik orqanlarının rəsmisi Rusiyanı bazar günü ölkədə keçirilən prezident seçkilərinə “genişmiqyaslı müdaxilədə” ittiham edib. Bu barədə Moldovanın hazırkı prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stanislav Sekrieru bildirib.
“Bu, seçkilərin nəticələrini təhrif etmək üçün potensial cəhddir”, Sekrieru X sosial media platformasında yazıb.
Ölkənin Avropa İttifaqına daxil olmasının tərəfdarı olan Moldova prezidenti Maia Sandu prezident seçkilərinin ikinci turunda Rusiyayönlü Sosialist Partiyasının dəstəklədiyi keçmiş baş prokuror Aleksandru Stoyanoqlo ilə rəqabət aparır.
Seçkilərin ikinci turu moldovalıların ölkənin Avropaya inteqrasiya yolunu müəyyən edən konstitusiya dəyişikliyini dəstəklədiyi referendumla eyni vaxtda baş tutan birinci turdan iki həftə sonra keçirilir.
Oktyabrın 20-də keçirilən birinci turda Sandu 42 faiz səs toplasa da mütləq səs çoxluğu əldə edə bilməyib.
Araşdırma şirkəti iData tərəfindən dərc edilən sorğu Sandu qarşısında az fərqlə qələbəyə doğru gərgin yarışa işarə edir və seçkinin nəticəsinin Moldovanın böyük diasporundan asılı ola biləcəyini göstərir.
Prezidentlik vəzifəsi xarici siyasət və milli təhlükəsizlik kimi sahələrdə mühüm səlahiyyətlərə və dörd illik mandata malikdir.
Hüquq-mühafizə orqanları rəsmlərin bildirdiyinə görə, Moskva tərəfindən dəstəklənən və keçən il qiyabi məhkum olunduqdan sonra Rusiyada gizlənən oliqarx İlan Şor tərəfindən birinci turda təşkil edilən səslərin satın alınması sxeminin təkrarlanmaması üçün addımlar tədbirlər görüb.
Prokurorlar bildirirlər ki, sentyabr-oktyabr ayları arasında beynəlxalq sanksiyaya məruz qalmış Rusiya bankı vasitəsilə 130 mindən çox şəxsə 39 milyon dollar ödənilib. Korrupsiyaya qarşı mübarizə orqanları yüzlərlə axtarış aparıb və 2,7 milyon dollardan çox nağd pul ələ keçirib.
İlan Şor sosial şəbəkələr vasitəsilə insanları Sandu əleyhinə səs verməyə təşviq edərək, bunun müqabilində ödəniş vəd edir.
Sandu müdaxilənin oktyabrın 20-də seçkilərin nəticələrinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, Şor 300 min insanın - Moldova əhalisinin 10 faizindən çoxunun səsini almağa çalışıb.
Moldovada 2021-ci ildən qərbyönlü hökumət hakimiyyətdədir. Ölkədə 2025-ci ildə parlament seçkiləri keçiriləcək. Müşahidəçilər xəbərdarlıq edirlər ki, gələn il səsvermə Moskvanın əsas hədəfi ola bilər.
2022-ci ildə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Moldova Avropa İttifaqına üzv olmaq üçün müraciət edib. Həmin ilin iyun ayında ölkəyə namizəd statusu verilib və Brüssel 2024-cü ilin yayında üzvlük danışıqlarına başlamağa razılaşıb. Qərbə doğru kəskin keçid Moskva tərəfindən qəzəblə qarşılanıb və Kişinyovla münasibətlərin pisləşməsinə səbəb olub.
Moldova rəsmiləri o vaxtdan bəri dəfələrlə Rusiyanı kütləvi dezinformasiya kampaniyalarından tutmuş Rusiyayönlü partiyaların etirazları və seçki prosesinə xələl gətirən səslərin alınması sxemlərinə qədər genişmiqyaslı “hibrid müharibə” aparmaqda ittiham edib. Rusiya müdaxilə ilə bağlı iddiaları rədd edir.
Forum