Hərbi qüvvələrin hava hücumundan müdafiə vasitələrinin dron hücumunu dəf etməyə çalışdığını bildirməsindən sonra bazar günü səhər saatlarında paytaxtın hərbi administrasiyası Rusiyanın Kyivə hava hücumu nəticəsində binalar, yollar və bir sıra elektrik xətlərinə zərər vurulduğunu bildirib.
Kyiv hərbi administrasiyasının rəhbəri Serhiy Popko Telegram mesajlaşma proqramında bildirib ki, dalğalar şəklində gələn və şəhərə müxtəlif istiqamətlərdən edilən hücum zamanı xəsarət alan olmayıb.
Popko administrasiyanın Şevçenkivski bölgəsində hücumun səbəb olduğu bildirilən yanğınla əlaqədar təcili yardım qruplarının göndərildiyi barədə əvvəlki açıqlamasına düzəliş edərək, yanğın olmadığını bildirib.
Bu, Rusiyanın iki gecə ərzində Kyivə ikinci dron hücumudur. Popko ilkin məlumata görə, bütün hücum dronlarının məhv edildiyini əlavə edib.
Popko düşən dron hissələrinin Şevçenkivski və Holosiivski rayonlarında yataqxana və ofis binası da daxil olmaqla, azı beş binanın girişi və pəncərələrinin zədələndiyini bildirib.
Hərbi qüvvələr Telegram kanalında bir binanın partladılmış girişi, digər binanın şüşələrinin zədələnməsi və yolun üstündə uzanan elektrik xətlərinin görüntülərini paylaşıb.
Kyivin mərkəzinə yaxın olan Şevçenkivski rayonu çox sayda universitetlər, restoranlar və turist məkanlarının yerləşdiyi izdihamlı ərazidir. Holosiivskyi rayonunda böyük park yerləşir. Hər iki rayon Dnepr çayının qərb sahilində yerləşir.
Ukrayna hərbi qüvvələrinin sosial mediada yerləşdirdiyi xəbərdarlıqlara əsasən, Kyiv və paytaxt ətrafındakı rayonlar, eləcə də Ukraynanın şərqində ərazilərin yarısından çoxu gecə boyu hava hücumu xəbərdarlığı altında olub.
Forum