İspaniya 211 nəfərin ölümü ilə nəticələnən selin viran qoyduğu Valensiya regionuna 10 mindən çox əsgər və polis zabiti göndərəcək. Bu barədə şənbə günü Baş nazir Pedro Sançez məlumat verib.
Sançez telelviziyada yayımlanan çıxışında deyib ki, o, region liderinin daha 5000 min əsgər göndərmək tələbini qəbul edib və onu əlavə olaraq 5000 polis zabiti və mülki mühafizəçinin göndərildiyi barədə məlumatlandırıb.
Bu arada isə ölkə selin fəsadlarına məruz qalan vətəndaşlara yardım etməyə çalışdığı bir vaxtda, xilasedicilər cəsədlərin axtarışına davam edib.
Bu Avropa ölkəsində son onilliklər ərzində baş verən ən ölümcül belə bir fəlakətin şəhərləri palçıqlı su altında qoyması və infrastrukturu dağıtmasında üç gündən çox müddətdənsonra sağ qalanların tapılmasına dair ümidlər azalıb.
Ölüm hallarının demək olar hamısı ölkənin şərqindəki Valensia regionunda qeydə alınıb. Orada minlərlə əsgər, polis zabiti və mülki mühafizəçilər dağıntılar və palçıq altında cəsədləri axtarır.
Rəsmilər onlarla insanın hələ də itkin düşdüyünü, amma telefon və nəqliyyat şəbəkələrinə ciddi ziyan dəydiyi üçün dəqiq rəqəmi müəyyən etməyin çətin olduğunu bildirib.
Daxili işlər naziri Fernando Qrande-Marlaska cümə günü Kadena Ser radio stansiyasına bildirib ki, 207 nəfər ölüb və bu rəqəmin artacağını güman etmək “məntiqli”dir.
Həmçinin ümid olunur ki, telefon və internet xidmətləri bərpa olunandan sonra itkin düşdüyü güman edilən insanların sayı azalacaq.
Asayişin bərpası və bəziləri günlərlə ərzaq, su və elektrik enerjisiz qalan dağılmış şəhər və kəndlərə yardımın paylanması prioritetdir.
Rəsmilər daşqınlardan öncə xəbərdarlıq sistemlərinin adekvatlılığı səbəbilə görə tənqid atəşinə tutulub və bəzi sakinlər də fəlakətə reaksiyanın çox ləng getməsindən şikayətləniblər.
Valensiya bölgəsinin rəhbərinin müavini Susana Camarero şənbə günü jurnalistlərə bildirib ki, zəruri təchizatlar "ilk gündən" bütün əlçatan yaşayış məntəqələrinə çatdırılıb.
Ancaq o, selin təsirinə məruz qalan sakinlərin daha çox şey istəməsinin "məntiqli" olduğunu deyib.
Valensiyada rəsmilər fövqəladə hallar xidmətlərinin axtarış, xilasetmə və logistika əməliyyatlarını daha effektiv həyata keçirməsi üçün iki gün ərzində yollara çıxışı girişi məhdudlaşdırıb.
Forum