Accessibility links

Rusiya Kiyivi dronlarla hədəf alıb


Rusiya cümədən şənbəyə keçən gecə Ukrayna paytaxtı Kyivə dron hücumu edərək, ən azı bir nəfəri yaralayıb. Bu barədə şənbə günü şəhər rəsmiləri məlumat verib.

Şəhərin hərbi administrasiyasının rəhbəri Serhiy Popkonun məlumatına görə, vurulan dronların qalıqları şəhərin altı rayonuna düşərək, bir polis zabitini yaralayıb, yaşayış binalarına ziyan vurub, yanğınlara səbəb olub.

Mer Vitali Kliçko daha öncə iki nəfərin yaralandığını bildirib.

“Başqa bir gecə. Başqa bir hava hücumu xəbərdarlığı sirenası. Başqa bir dron hücumu. Rusiya Federasiyasının silahlı qüvvələri köhnə və tanış taktikaları ilə yenidən Kyivə hücum edib,” Popko sosial mediada yazıb.

O, Kyivi hədəf alan bütün dronların vurulduğunu deyib, ancaq xəbərdarlıq edib ki, hazırda şəhərin kənarındakı hava hövzəsində olan digər dronlar paytaxta doğru istiqamət ala bilər.

Reuters müxbirləri beş saatdan çox davam edən hava hücumu sirenaları zamanı şəhər və ətrafında partlayış səsləri eşitdiyini bildirib.

Rusiya 2022-ci ilin fevralında qonşusuna hərbi müdaxilə edəndən sonra başlayan müharibənin cəbhə xəttindəki uzaqdakı Ukrayna şəhərlərinə müntəzəm olaraq hava hücumları edib.

Kyiv ordusu cümə günü bildirib ki, Moskva qüvvələri təkcə oktyabr ayında Ukrayna boyu mülki və hərbi hədəflərə 2000-dən çox dronla hücum edib.

Ruisya mülki vətəndaşları hədəf aldığını inkar edib və bildirib ki, enerji obyektləri Ukrayna hərbi infrastrukturunun bir hissəsi olduqda onlar legitim hədəflərdir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG