Accessibility links

İranın ali ruhani lideri İsrailin hücumu səbəbilə İsrail və ABŞ-ı “sarsıdıcı cavab” verməklə hədələyib


İranın ali ruhani lideri Ayətullah Əli Xamenei. Tehran, İran. 27 oktyabr, 2024.
İranın ali ruhani lideri Ayətullah Əli Xamenei. Tehran, İran. 27 oktyabr, 2024.

İranın ali ruhanisi şənbə günü İsrail və ABŞ-ı İran və onun müttəfiqlərinə hücumlarına görə onlara “sarsıdıcı cavab” verməklə hədələyib.

Ayətullah Əli Xameneinin çıxışı İran rəsmiləri İsrailin oktyabrın 26-da İslam Respublikasında hərbi bazaları və başqa yerləri hədəf alan və ən azı beş nəfəin ölümü ilə nəticələnən hücumundan sonra İsrailə qarşı başqa bir hücum etməklə hədələdiyi bir vaxta təsadüf edib.

Hər hansı tərəfdən başqa bir hücum Qəzza zolağında davam edən İsrail-HƏMAS müharibəsi və İsrailin Livana qurudan müdaxiləsi səbəbilə onsuz da gərgin olan Yaxın Şərqdə, ABŞ prezident seçkilərinə bir neçə gün qaldığı bir vaxtda, daha geniş regional münaqişəyə gətirib çıxara bilər.

“Düşmənlər, istər sionist rejim, istərsə də Amerika Birləşmiş Ştatları, İrana, İran xalqına və müqavimət cəbhəsinə etdiklərinə görə mütləq sarsıdıcı cavab alacaqlar,” Xamenei İran dövlət mediasının yaydığı videoda deyib.

Ali lider təhdid edilən hücumun vaxtı və miqyası barədə ətraflı məlumat verməyib. ABŞ ordusu bütün Yaxın Şərqdə fəaliyyət göstərir, və bəzi qoşunlar hazırda İsraildə Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) batareyasını idarə edir.

85 yaşlı Xamenei əvvəlki çıxışlarında daha ehtiyatlı yanaşma nümayiş etdirərək deyib ki, rəsmilər İranın cavabını götür-qoy edəcəklər və İsrailin hücumu “ nə şişirdirməməli nə də əhəmiyyəti azaldılmamalıdır.”

Xamenei şənbə günü İran əsgərlərinin 1978-ci il noyabrın 4-də Tehran Univesitetində şahın hakimiyyətinə etiraz edən tələbələrə atəş açmasının ildönümü qeyd edən Tələbələr Günündə universitet tələbələri ilə görüşüb. Hadisə bir neçə tələbənin ölümünə və yaralanmasına səbəb olub və o dövrdə İranda baş verən gərginliyi daha da artırıb, nəticədə şahın ölkədən qaçmasına və 1979-cu il İslam İnqilabına gətirib çıxarıb.

İzdiham Xameneini gurultulu bir şəkildə qarşılayaraq, “Damarlarımızdakı qan liderimizə hədiyyədir” şuarını səsləndiriblər. Bəziləri həmçinin öldürülən Hizbullah lideri Həsən Nəsrullahın 2020-ci ildə Amerika əsgərlərinin "tabutlarda qayıdacaqları" ilə hədələdiyi bir çıxışında etdiyi əl hərəkətini təkrarlayıb.

İranda bu bazar günü ABŞ səfirliyindəki girov böhranının 45-ci ildönümü qeyd olunur. 4 noyabr 1979-cu il tarixində islamçı tələbələrin səfirliyə hücum etməsi 444 günlük böhrana səbəb olub və Tehran və Vaşinqton arasında onilliklərlə davam edən və bu gün də mövcud olan düşmənçiliyi möhkəmləndirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG