Accessibility links

NİDA Vətəndaş Hərəkatı üzvünün 30 sutka həbs edildiyi bildirilir


Aksiyanın tәşkilçısı ictimai fəal Mete Türksoy mülki geyimli şəxslər tərəfindən saxlanılarkən
Aksiyanın tәşkilçısı ictimai fəal Mete Türksoy mülki geyimli şəxslər tərəfindən saxlanılarkən

NİDA Vətəndaş Hərəkatının üzvü Mete Türksoy Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Bu barədə Amerikanın Səsinə NİDA Vətəndaş Hərəkatından bildiriblər.

Hərəkatdan verilən məlumata görə, Mete Türksoy Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə ittiham olunub.

Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Oktyabrın 31-də NİDA Vətəndaş Hərəkatı üzvü Mete Türksoyun saxlanılması ilə bağlı məlumat yayıb.

"Mete Nizami metrosunda metropoliten polisi ilə anlaşılmazlıq yaşayıb və polis şöbəsinə aparılıb. Dünən axşam Mete Türksoy ilə əlaqə saxlamaq mümkün olub, o hər şeyin yaxşı olduğunu, saxlanımasına səbəb kimi polislə anlaşılmazlıq yaşamasını deyib, izahat yazdığını bildirib", bəyanatda deyilir.

Hərəkat Türksoyun qeyri-siyasi səbəblərlə başlayan saxlanılmasının siyasiləşdiyinin qənaətindədir.

"Onun ictimai və siyasi fəaliyyəti, son dövrlərdə yazdığı statuslarını ona qarşı bu cür rəftarın əsas səbəbi olduğunu düşünürük", bəyanatda qeyd edilir.

Daxili İşlər Nazirliyi Mete Türksoyun saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Forum

XS
SM
MD
LG