Accessibility links

Gürcüstan prezidenti etiraz aksiyalarına çağırıb


Gürcüstan müxalifəti “Gürcü Arzusu”nun parlament seçkilərindəki qələbəsini tanımaqdan imtina edir, səsvermə prosesinin pozuntularla keçirildiyini və müvafiq olaraq hakimiyyətin nəticələri saxtalaşdırmağa nail olduğunu iddia edir. Parlamentə daxil olan bəzi müxalif deputatlar deputat mandatlarından imtina etdiklərini bəyan ediblər.

Bazar günü Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə keçirilən qanunvericilik seçkilərinin "saxtalaşdırılğını" pisləyib və hakim partiyanın qələbəsini təmin edən rəsmi nəticələrə etiraz olaraq bazar ertəsi etiraz aksiyalarına çağırıb.

"Bu, seçkilərin total saxtalaşdırılması idi. Mən bu seçkiləri tanımıram, insanları birliyə çağırıram və deyirəm ki, biz bu seçkiləri tanımırıq", Zurabişvili səsvermənin ertəsi günü televiziya ilə çıxışında deyib.

Keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla, beş faizlik baryeri keçə bilən qərbyönümlü dörd partiyanın hamısı “Gürcü Arzusu”nun sədri, milyarder Bidzina İvanişvilinin “gürcü xalqının qələbəsini”, eləcə də Gürcüstanın “Avropa gələcəyinin” oğurladığını bildirir.

Müxalifət etiraz aksiyaları elan edib. “Bu, oğurlanmış seçkidir, bu, Gürcüstanda hakimiyyətin qəsb edilməsi və konstitusiya çevrilişidir. Bu baş verməyəcək. Bura Rusiya deyil, bura Venesuela deyil, bura Gürcüstandır”, rəsmi hesablamaya görə, alınan səslərin sayına görə ikinci yerdə qərarlaşan Dəyişiklik Koalisiyasının lideri Nika Qvaramiya deyib.

Bülletenlərin hesablanması başa çatdıqdan sonra Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də hakim “Gürcü Arzusu” partiyasının 54 faiz, dörd müxalifət partiyasının isə ümumilikdə 37,3 faiz səs topladığını elan edib.

Eyni zamanda, “Gürcü Arzusu” bütün iri şəhərlərdə, o cümlədən Tbilisidə, eləcə də xaricdəki seçki məntəqələrində müxalifətə çəğlub olub. Eyni zamanda, rəsmi məlumatlara görə, bu partiya etnik azlıqların məskunlaşdığı ərazilərdə müxalifətə qarşı inamlı qələbə qazanıb.

Forum

XS
SM
MD
LG