Cənubi Koreyanın yüksək səviyyəli nümayəndə heyəti bazar ertəsi NATO-nun Şimali Atlantika Şurasında Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı brifinq keçirəcək.
Bu barədə NATO-nun bazar günü ABŞ-ın Şimali Koreya qoşunlarından Ukraynaya qarşı mümkün istifadəsi ilə bağlı ciddi narahatlığını bildirməsindən sonra dərc olunmuş bəyanatında deyilir.
“Brifinqdə iştirak etmək üçün NATO-nun Hind-Sakit okean tərəfdaşlarından, o cümlədən Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikasından səfirlər dəvət olunub”, alyans əlavə edib.
Şimali Atlantika Şurası NATO-nun alyansın bütün üzvlərinə təsir edən əsas qərar qəbuledici orqanıdır.
Ukrayna hərbi kəşfiyyatı cümə axşamı bildirib ki, 500 zabit və üç general daxil olmaqla, təxminən 12 min Şimali Koreya əsgəri artıq Rusiyadadır və beş hərbi bazada təlim keçib.
Həmin gün çıxış edən Rusiya lideri Vladimir Putin Şimali Koreya qoşunlarının Rusiyada olduğunu inkar etməyib. Amma o bildirib ki, Pxenyanla qarşılıqlı müdafiə bəndinin yer aldığı razılaşmanın necə həyata keçiriləcəyini Moskva müəyyənləşdirməlidir.
Forum