Accessibility links

Vəkil Əsabəli Mustafayev insult keçirib


Vəkil Əsabəli Mustafayev məhkəmə zalında
Vəkil Əsabəli Mustafayev məhkəmə zalında

Oktyabrın 22-də işdə olarkən vəkil Əsabəli Mustafayevin vəziyyətinin pisləşdiyi bildirilir. Bu barədə onun qızı Təhminə Mustafayevə məlumat verib. Qızının sözlərinə görə, atası insult keçirib.

"Hazırda anlaqlı vəziyyətdədir. Sadəcə nitqində problem yaranıb. Alın nahiyyəsində beyin qabığı dağılıb. Nəticədə nitq qabiliyyətini itirib, danışa bilmir" - deyə, Təhminə Mustafayeva qeyd edib.

Əsabəli Mustafayev Sumqayıt şəhər 2 saylı Xəstəxanasına yerləşdirilib.

Vəkil Əsabəli Mustafayev vətəndaş cəmiyyətinin hüquqlarının müdafiəsi ilə tanınır. O, həmçinin Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində də şikayətçilərin hüquqlarını müdafiə edir.

Forum

XS
SM
MD
LG