Keçmiş ABŞ rəsmiləri Amerikanın Səsinə bildirib ki, İranın dəstəklədiyi Livan militantları İsrailin Livandakı əsas pul mənbələrini məhv edən və sıradan çıxaran bir həftəlik hücumundan sonra Hizbullah Avropada qeyri-qanuni narkotiklərin satışını sürətlə artırmağa çalışır.
Beynəlxalq hüquq-mühafizə orqanları Amerikanın Səsinə bildiriblər ki, ABŞ-ın terror qruplaşması kimi təyin etdiyi Hizbullah Avropada narkotik ticarəti əməliyyatlarını gücləndirməkdə bəzi çətinliklərlə üzləşir.
Bu ayın əvvəlində Amerikanın Səsi ilə danışan ABŞ və Livan mənbələrinin bildirdiyinə görə, Hizbullah sentyabrın sonunda İsrail qruplaşma liderlərinə və Livandakı infrastruktura hücumlarını artırmağa başladıqdan sonra maliyyə böhranı yaşayır.
Bu hücumlar arasında bazar günü İsrail hava qüvvələrinin Hizbullahın dominant olduğu bölgələrində, o cümlədən qrupun cənubi Beyrut qalasında kvazibank təşkilatı Əl-Qard Əl-Həsənin filiallarına endirdiyi zərbələr daxildir.
İsrailin hücumu keçən ilin oktyabrında Qəzzadan İsrailin cənubuna müdaxilə edən və fələstinlilərin ərazisində davam edən müharibəyə səbəb olan İranın dəstəklədiyi HƏMAS terror qruplaşmasına dəstək olaraq Hizbullahın ölkənin şimalındakı hücumlarına verdiyi cavabların 11 aydan sonra məhdudlaşdırılmasından sonraya təsadüf edir.
Hizbullahın beynəlxalq narkotik ticarəti fəaliyyətləri barədə eksklüziv olaraq Amerikanın Səsinə danışan keçmiş ABŞ rəsmiləri bildiriblər ki, onların Avropadakı mənbələri bu ay Hizbullahın qitədə qanunsuz narkotik satışına marağının artdığını bildirib.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, Hizbullah Afrika və Latın Amerikasında mərkəzləri olan qlobal cinayət-maliyyə şəbəkəsini idarə edir.
Avropa İttifaqının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üzrə agentlik Europol 2022-ci il hesabatında Hizbullahın Aİ-dən “maliyyə toplanışı, işə götürmə və əhəmiyyətli gəlir əldə etdikləri cinayət fəaliyyətləri üçün baza” kimi istifadə etdiyini bildirib. Avropolun hesabatında deyilir ki, Hizbullah Aİ-də “qeyri-qanuni narkotiklərin daşınması və paylanmasını idarə etmək və peşəkar çirkli pulların yuyulması əməliyyatlarını həyata keçirməkdə” şübhəli bilinən “əməkdaşlar şəbəkəsi” yaradıb.
ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin təqaüdə çıxmış xüsusi agenti, 1996-2018-ci illərdə DEA-da xidmət etmiş Tomas Sindrik bazar ertəsi Amerikanın Səsinə bildirib ki, qeyri-qanuni narkotik ticarəti ilə əlaqəsi olan şəxslər də ona Hizbullahla əlaqəli narkotik ticarətinin artması barədə məlumat veriblər.
Ötən cümə günü Amerikanın Səsi ilə danışan və həssas bir məsələ olduğuna görə adının açıqlanmasını istəməyən beynəlxalq hüquq-mühafizə orqanının rəsmisi Hizbullah maliyyə təzyiqi altında olduğu üçün Hizbullahla əlaqəli mütəşəkkil cinayət qruplarının “şübhəsiz ki, fəaliyyətlərini artırmağa çalışacaqlar”deyib
Amerikanın Səsi keçən həftə ABŞ-ın Ədliyyə və Daxili Təhlükəsizlik Nazirlikləri ilə əlaqə saxlayıb, onların Hizbullahla bağlı oxşar müşahidələr edib-etmədiklərini soruşub, lakin heç bir cavab ala bilməyib.
Bayden administrasiyası qrupun qeyri-qanuni gəlir gətirən beynəlxalq fəaliyyətini pozmaq və maliyyə şəbəkəsini ləğv etmək səylərinin bir hissəsi olaraq Hizbullaha bağlı şəxslərə və təşkilatlara qarşı bir neçə dəfə sanksiya tətbiq edib.
Forum