Accessibility links

ABŞ elçisi Livan rəsmiləri ilə danışıqlar üçün Beyruta səfər edib


ABŞ elçisi Amos Hokstein Livan parlamentinin spikeri Nabih Berri ilə görüşür. Beyrut, Livan. 21 oktyabr, 2024.
ABŞ elçisi Amos Hokstein Livan parlamentinin spikeri Nabih Berri ilə görüşür. Beyrut, Livan. 21 oktyabr, 2024.

İsrail ordusu bazar ertəsi Livanın cənubuna endirdiyi zərbə nəticəsində üç Livan əsgərini öldürdüyünə görə üzr istəyib. Bu arada isə ABŞ elçisi İsraillə Livanda qəragahlanan Hizbullah militant qrupu arasında atəşkəs üçün mümkün şərtləri Livan rəsmiləri ilə müzakirə etmək məqsədilə Beyruta səfər edib.

İsrail ordusunun sözçüsü bildirib ki, bazar günü endirilən zərbə Livan ordusuna məxsus maşına tuş gəlib və İsrail Livan ordusuna qarşı əməliyat aparmır.

ABŞ elçisi Amos Hoksteinin Beyruta səfərinə Livanın müvəqqəti baş naziri Nəcib Mikati, habelə parlamentin spikeri Nəbih Berrilə planlaşdırılmış danışıqlar daxildir.

İsraillə Hizbullah arasında döyüşlərə son qoymaq səyləri ilə yanaşı, Birləşmiş Ştatlar həmçinin Livan qanunvericilərinə hökumət institutlarını gücləndirmək çağırışı çərçivəsində yeni prezident seçmələri üçün təzyiq göstərir.

Livan ordusu son bir ayda İsrailin hava hücumu kampaniyası və İsrail qoşunlarının Livanın cənubuna hərbi müdaxilə etməsi ilə eskalasiya edən münaqişədə heç bir rol oynamayıb.

İsrail deyir ki, onun məqsədi Hizbullahı sərhəd ərazilərindən geri çəkmək və İsrail vətəndaşlarının təhlükəsiz bir şəkildə ölkənin şimalındakı ərazilərə qayıtmasına imkan verməkdir.

“Hizbullah İsrailin şimalına hücumları və raket atəşinə görə ağır bədəl ödəyib, ödəyəcək də,” Xarici işlər naziri İsrael Kutz bazar ertəsi X-də yazıb. “Biz İranın proksisini o çökənə qədər vurmağa davm edəcəyik.”

Bazar ertəsi İsrailin Beyrut və Livanın cənubuna hava hücumları davam etdirib. İsrail ordusu əl-Qar əl-Həsəni hədəf aldığını bildirib. O, Hizbullah ilə əlaqəsi olan maliyyə şirkətidir və ondan miltantlara ödəniş etmək və silah almaq üçün istifa edilir, amma Livanın mülki vətəndaşları da maliyyə xidmətləri üçün ondan istifadə edirlər.

ABŞ əl-Qar əl-Həsənə sanksiya tətbiq edib.

İsrailin Livanın cənubunda yürütdüyü kampaniya həmçinin BMT-nin sülhməramlı qüvvəsi olan UNIFIL də İsrailin əməlləri ilə bağlı şikayətlərinə gətirib çıxarıb.

Ən son insidentə UNIFIL-in sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinə məxsus buldozerin UNIFIL-in müşahidə qülləsi və perimetr hasarını bilərəkdən dağıtması daxildir.

“IDF dəfələrlə UNIFIL-in Mavi Xətt boyunca mövqelətindən çıxmasını tələb edib və qəsdən BMT mövqelərinə ziyan vurub,” UNIFIL bazar günü bəyanatında bildirib. “Missiyaya və bizə qoşun verən ölkələrə tətbiq olunan təzyiqə baxmayaraq, sülhməramlılar bütün mövqelərdə qalmağa davam edəcək. Biz monitorinq edib, hesabat verməklə bağlı tapşırıqlarımızı yerinə yetirməyə davam edəcəyik.”

HƏMAS militantlarının 2023-cü ilin oktyabrında İsrailin cənubuna hücumundan sonra İranın dəstəklədiyi Hizbullah İsrailə qarçı hava hücumlarına başlayıb. HƏMAS hücumu zamanı 1200 nəfəri öldürüb, təxminən 250 nfəri girov götürüb.

Qəzza səhiyyə nazirliyinim məlumatına görə, İsrailin Qəzza zolağında yürütdüyü əks-hücum nəticəsində 42600-dən çox fələsinli öldürülüb.

Birləşmiş Ştatlar, Birləşmiş Kralııq, Avropa İttifaqı və başqaları Hizbullah və HƏMAS-ı terror təşkilatları elan edib.

Forum

XS
SM
MD
LG