Accessibility links

Azərbaycan Milli Elmlər Akademiyasında 'mənimsəmə' üzrə cinayət işi qaldırılıb


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, Azərbaycan Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

“Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, Baş Prokuroluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edilən dövrdə, 23 oktyabr 2019-cu ildən 19 fevral 2022-ci ilədək AMEA-nin Prezidenti Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev bundan öncə, 7 fevral 1995-ci ildən 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O hakmiyyətin əsas siyasai strateqlərindən biri kimi tanınıb.

Prokuroluğun qeyd etdiyi illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsini müdiri Milli Məclisin keçmiş deputatı Elton Məmmədov və Mehdiyevin qohumu olduğu bildirilən Fikrət Əliyev olub.

Forum

XS
SM
MD
LG