Accessibility links

Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir


Azərbaycan bayrağı
Azərbaycan bayrağı

18 oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.

33 il öncə - 18 oktyabr 1991-ci ildə Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş və Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi nəticəsində süqut etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.

Konstitusiya Aktına görə, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara tam bərabərlik təmin edilib.

30 il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub. Ancaq 2021-ci ildə rəsmi səndələrdə bu tarix Müstəqilliyin Bərpası Günü kimi qeyd edilib.

Bu gün Azərbaycan Prezidenti, siyasi liderlər, diplomatik nümayəndəliklər Azərbaycan xalqına təbriklər ünvanlayıb.

ABŞ səfirliyinin təbrikində deyilir: “ABŞ səfirliyi müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını və təbriklərini çatdırır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli təbrikində “Əbülfəz Elçibəy başda olmaqla Milli Azadlıq Hərəkatı iştirakçılarını hörmət və minnətdarlıqla” anır.

“Müstəqilliyimizin olmaması daha dəhşətli nəticələr verərdi. Rusiya tərkibindəki milli respublikaların hazırkı acınacaqlı durumuna baxmaq kifayətdir ki, müstəqilliyin alternativinin necə bir fəlakət olduğunu tamamilə dərk edək”, o qeyd edib.

AXCP sədri hesab edir ki, Azərbaycan xalqı dövlət müstəqilliyinin daha çox bəhrəsini ölkədə xalq hakimiyyətinin, hüquqi və sosial rifah dövlətinin qurulmasından sonra görəcək.

Forum

XS
SM
MD
LG