Accessibility links

24 hüquq müdafiə qurumu Tehran həbsxanasında saxlanılan türk fəalların azadlığını tələb edib


24 insan haqları təşkilatı birgə bəyanat yayımlayaraq keçən fevral ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan türk fəallar, o cümlədən Murtəza Pərvin, Əbdüləziz Əzimi Qədim, Hüseyn Piri, Kərəm Mərdanə, Bağır Hacızadə, Səid Camalzadə və Ayaz Seyfxahın vəziyyəti ilə əlaqədar narahat olduqlarını bildiriblər.

Əksəriyyəti Avropa və Şimali Amerikada yerləşən və İrandakı insan haqları vəziyyəti ilə bağlı fəaliyyət göstərən qurumlar sözügedən fəalların nəzarət müddətində öz qanuni hüquqlarından məhrum olmaları, vəkillə təmin edilmədən sorğu-suala məruz qalmaları və lazımi tibbi yardımdan məhrum olmalarına diqqət çəkiblər.

Keçən fevral ayının 5-7 tarixlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində 30-a yaxın siyasi fəal təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıblar. Nəzarətə alındıqları şəhərlərdən Tehranın Evin həbsxanasına göndərilən fəalların bir çoxu daha sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılıb, ancaq bəziləri, o cümlədən bəyanatda adları keçən fəalların həbsi davam edir. Onların altısı barəsində bu yaxınlarda həbs hökmü çıxarılıb.

İranın türk, bəluc, ərəb, kürd və türkmən icmalarına mənsub hüquq müdafiə qurumlarının da imzaladığı bəyanatda həbsi davam edən fəalların qeyd-şərtsiz azad edilməsi və qanuni hüquqlarının təmin edilmısi tələb edilib.

Hüquq müdafiə təşkilatları həmiçin beynəlxalq ictimaiyyəti İrandakı insan haqları pozuntularına diqqət yetirməyə dəvət ediblər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG