Accessibility links

Hakim ictimai fəalın məhkəməsində “akvarium” sözünə görə vəkildən şikayət edib


Möhyəddin Orucov
Möhyəddin Orucov

Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Möhyəddin Orucovun işi üzrə iclas keçirilib. İclasda hakim vəkildən Vəkillər Kollegiyasına şikayət göndərilməsi barədə qərar qəbul edib.

Müttəhim məhkəməyə yazılı etiraz təqdim edib ki, onu məhkəməyə əlləri arxadan qandallanmış vəziyyətdə gətiriblər.

Orucov bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu cür rəftarı işgəncə hesab edir.

O həmçinin dövlət ittihamçısının onun vəkilinə təhdidlərilə bağlı narazılığını bildirib.

"Ötən iclasda dövlət ittihamçısı mənim vəkilimə dedi: "Sizin kimi vəkillərə qarşı cinayət işləri açılmalıdır". Bu, birbaşa təhdiddir. Hakimlər prokurorun bu fikrini diqqətə almayıblar. Onların sükutu məhkəmənin ədalətini şübhə altına alır. Ona görə də mən məhkəmə heyətinə etiraz edirəm", Orucov bildirib.

Hakimlərin qısa məşvərətindən sonra etiraz təmin edilməyib.

Sonra vəkil Nazim Musayev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə yazdığı məktubu oxuyub. Məktubda o, müttəhimin hüquqlarının pozulmasına və məhkəmə iclası zamanı Orucovun şüşə qəfəsdə - "akvarium"da saxlanmasına etirazını bildirib.

Fəal Möhyəddin Orucovun məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Müdafiəçi məhkəmə rəhbərliyindən Orucovun hüquqlarının müdafiəsinin təmin olunmasını xahiş edib.

Lakin vəkilin "akvarium" sözündən istifadə etməsi hakimləri acıqlandırıb, onlar bunu "məhkəməyə hörmətsizlik" kimi qiymətləndiriblər. Bundan əlavə, sədrlik edən Rasim Sadıqov vəkili ittiham edib ki, "akvarium" sözünün işlədilməsi müttəhimi "alçaldır". Bundan sonra hakimlər yenidən məşvərətə gediblər.

Sədrlik edən hakim elan edib ki, Vəkillər Kollegiyasına müdafiəçi Musayevin barəsində şikayət göndərilməsi qərara alınıb.

Kollegiyadan cavab gələnə qədər Orucovun işinə baxılması təxirə salınır.

Vəkil Musayev məhkəmənin ona qarşı iddialarını əsassız adlandırıb. O qeyd edib ki, "akvarium" terminindən Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında, mediada, beynəlxalq vəkil cameəsində istifadə olunur.

Orucov 13 dekabr 2023-cü ildə külli miqdarda narkotik maddə alveri ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib.

O bundan əvvəl, 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə 30 gün inzibati qaydada həbs edilib.

Azad edildikdən sonra Möhyəddin Orucov bildirib ki, onun həbsinin əsl səbəbi sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsidir. O həmçinin polisdə döyülməsindən və ona qarşı qeyri-insani rəftardan şikayət edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG