Accessibility links

Qərarsız seçicilər ABŞ prezident səsverməsinin taleyini müəyyən edə bilər


Qərarsız seçicilər ABŞ prezident səsverməsinin taleyini müəyyən edə bilər
please wait

No media source currently available

0:00 0:02:33 0:00

ABŞ prezident seçkilərinin təşviqat müddətinin son ayında Donald Tramp və Kamala Harris hələ də kimə səs verəcəyinə qərar verməmiş seçicilərin dəstəyini qazanmağa çalışırlar. Amerikanın Səsinin müxbiri Skot Sterns seçkilərdə “qərarsız” olanları araşdırır.

Əksər ştatlarda erkən səsvermə başladığından artıq bəzi amerikalılar prezident seçimlərini etməkdədirlər.

Amma hələ də Donald Tramp və Kamala Harris arasında seçimlərini etməmiş seçici qrupu qalmaqdadır.

Maribet Ciovakkini, Nyu York seçicisi: “Bilirsiniz, mən onların kim olduğunu anlamağa çalışıram. Onlar çox da fəal olmayıblar. Hər iki tərəf siyasi iqlim üçün yenidir. Hər iki tərəfin maraqlı və fərqli tarixçəsi var. Bilmək istəyirəm ki, onlar kimlərdir və namizədlərini necə təmsil edirlər.”

İctimai rəy sorğularına əsasən, qərarsız seçicilər elektoratın təxminən 3 faizini təşkil edir.

Con Conson Markiet Universitetinin hüquq məktəbinin tədqiqatçısıdır.

Con Conson, Markiet Universiteti Hüquq Məktəbi: “Xeyli sayda seçici hələ ciddi diqqət yetirməyə başlamayıb. Ona görə də, onlara yaxınlaşıb sual verəndə cavabları da müvafiq olacaq. Eyni zamanda, Midvest kimi ərazilərdəki insanlar kimə səs verəcəyini deməyə tərəddüd edə bilər.”

Harris və Tramp tərəfindən aparılan hədəfli kampaniyalar bəzi qərarsız seçiciləri cəlb edə bilir. Massaçusets Universitetinin siyasi alimi Tatişe Nteta.

Tatişe Nteta, Amherst Massaçusets Universiteti: “Seçimində qərarsız olan əhali sayı daralmaqdadır və bu hər gün baş verir. İnsanların əksəriyyəti seçki gününə qədər qərarlarını verəcəklər. Seçkilərdə əhəmiyyətli olacaq məsələ Demokratlar və Respublikaçılar partiyalarının seçiciləri ərazilərdə necə səfərbər edəcəkləridir.”

Brukinqs İnstitutunun tədqiqatçısı Darrek Vest deyir ki, qərarsız seçiciləri inandırmaq məsələsində Tramp və Harrisin çətinlikləri fərqlidir.

Darrek Vest, Brukinqs İnstitutu: “Tramp amerikalıları inandırmalıdır ki, o qanunun aliliyinə hörmət edir və seçildiyi halda başını itirmiş və xaotik prezident olmayacaq. Harris isə nisbətən az təcrübəlidir. Onun bir neçə il öncə sahib olduğu mövqe indikindən daha liberal idi və o, seçiciləri inandırmalıdır ki, seçildiyi halda vətəndaşlar keçmişin yox, son dövrün Harrisini görəcəklər.”

Conson deyir ki, Trampın qərarsız seçicilər arasında bilinən üstünlükləri və çatışmazlıqları var.

Con Conson, Markiet Universiteti Hüquq Məktəbi: “Donald Tramp üçüncü dəfədir ki, prezidentliyə namizəddir və insanların əksəriyyətinin onun haqda formalaşmış fikri var. Ona görə də qərarsız olan kiçik əhali faizi hər iki partiyanın inandırmağa çalışdığı qrupdur.”

Bu ona görə vacibdir ki, qərarsız seçicilərin necə səs verməsi hər iki namizədin demək olar ki eyni dəstəyə sahib olduğu ştatlarda fərqi müəyyən edə bilər.

Forum

XS
SM
MD
LG