Təqribən üç həftə əvvəl Təbrizdə nəzarət altına alınan bəhai inancına mənsub vətəndaşlar mülki zəmanət qarşılığında sərbəst buraxılıblar.
HRA agentliyi kimi insan haqları mənbələri sentyabr ayının 16-da İran kəşfiyyat məmurlarının Təbrizdə bəhai türk cəmiyyətinə mənsub bəzi vətəndaşların evlərinə müraciət edərək ən az üç vətəndaşı saxladıqlarını bildirmişdilər.
Saxlanılan cəmiyyət üzvlərindən Əzəm Azmudə bir neçə gün sonra və İrəc Norəstə təqribən iki həftə sonra zəmanətlə sərbəst butaxılıblar. HRA agentliyinin xəbərinə görə, saxlanılan digər vətəndaş Sina Əqdəsi isə oktyabrın 8-də mülki zəmanət qarşılığında azadlığa buraxılıb.
Hüquq müdafiəçiləri sentyabrın 16-da tutulanların evlərində axtarış aparıldığını və bəzi elektron cihazlarının müsadirə olduğunu bildirmişdilər.
Təhlükəsizlik qüvvələri həmin gün Şiva İsaxani və Nəsim Nəimi adlı cəmiyyət üzvlərini də həbs etməyə gedib, ancaq onları evlərində tapmamışdılar. Bu vətəndaşların daha sonra həbs edilib-edilmədiklərinə dair məlumat yayılmayıb.
Son vaxtlar İranın təhlükəsizlik qurumları Təbrizdə bəhai türk icmasına mənsub şəxslər və ailələrə qarşı basqıları artırıblar. Məmurlar təqribən iki həftə əvvəl şəhərdə bəhai vətəndaşların evlərində axtarış aparıblar. Hüquq müdafiə qurumları, o cümlədən Fərdin Rzayi və Məhliqa Əqdəsi cütlüyünün evində axtarış aparıldığını bildirib.
1979 İslam inqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhai icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhai incancını “azmışların firqəsi” adlandırır.
Forum