Accessibility links

Bayden Milton qasırğası səbəbindən Almaniya və Anqolaya səfərini təxirə salıb


Milton qasırğasının proqnozlaşdırılan trayektoriyası və şiddətini nəzərə alaraq, Prezident Co Bayden Helen qasırğasından sonra davam edən bərpa işlərinə əlavə olaraq, qasırğaya cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərini təxirə salır.

5-ci dərəcəli fırtına və onun 265 km/saat sürətli küləyi Florida ştatına doğru irəliləyir.

Prezidentin planlarında dəyişiklik olduğunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer açıqlayıb.

Baydenin Ukraynaya sarsılmaz dəstəyi göstərmək üçün şənbə günü Almaniyada keçiriləcək Ramşteyn sammitinə rəhbərlik edəcəyi gözlənilirdi. Bu, Ukraynanı ən yüksək səviyyədə silahla təmin edən bir qrup ölkələrin ilk görüşü olacaq.

Bu arada Almaniya hökumətinin nümayəndəsi anonimlik şərti ilə sammitə hazırlığın gedişi barədə danışıb. O, vurğulayıb ki, görüşün məqsədi Rusiyanın Qərbin Ukraynaya dəstəyini dayandıracmayacağını nümayiş etdirməkdir.

Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalı başladığından bəri Vaşinqton müdafiə nazirləri Kyiyin silah tələblərinin müzakirəsi üçün Almaniyanın cənub-qərbindəki Ramşteyndəki ABŞ aviabazasında müntəzəm görüşən 50-yə yaxın ölkədən ibarət qrup yaradıb.

Şənbə günü keçiriləcək iclas günortadan sonra Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolzun çıxışları ilə açılacaq.

Görüşdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Key Starmer və Polşa Prezidenti Anjey Duda iştirak edəcək.

Almaniyanın hökumətinin nümayəndəsi ölkənin hökumət başçısı Olaf Şolzun Vladimir Putin ilə danışıqlara hazır olduğunu desə də, bunun bir şərtlə baş tutat biləcəyini qeyd edib - ədalətli və davamlı bir dünyaya doğru irəliləyişin perspektivlərini açdıqları təqdirdə. Eyni zamanda o, Rusiyaya xəbərdarlıq edib ki, bu hazırlığı zəiflik kimi şərh etməməlidir.

İyun ayında Putin Kyiv Moskvanın bütün dörd bölgəsi Rusiyaya vermək və NATO-ya qoşulmaq niyyətindən əl çəksə, müharibəyə son qoyulacağını deyib.

Kyiv bu tələbləri təslim olmaq kimi qiymətləndirib.

Forum

XS
SM
MD
LG