Accessibility links

Tibb üzrə Nobel Mükafatına mikroRNT-nin kəşfinə görə 2 amerikalı alim layiq görülüb



Fiziologiya və ya tibb üzrə Nobel mükafatı bazar ertəsi amerikalılar Viktor Ambros və Qari Ruvkuna genlərin hüceyrə səviyyəsində işləməsini dəyişdirən və xərçəngin müalicəsində yeni üsullara səbəb ola biləcək kiçik genetik material parçaları olan mikroRNT-nin kəşfinə görə verilib.

Karolinska İnstitutunun Nobel Assambleyası bildirib ki, mükafata layiq görülənlərin kəşfi orqanizmlərin necə inkişaf etdiyini və necə fəaliyyət göstərdiyini anlamaqda "fundamental əhəmiyyətini sübut edir".

London İmperial Kollecində molekulyar onkologiya üzrə mühazirəçi Dr. Kleyr Fletçerin sözlərinə görə, MicroRNA genlərin hüceyrə səviyyəsində necə işlədiyini tənzimləməyə kömək etməklə, xərçəng kimi xəstəliklərin müalicəsi üçün alimlərin yanaşmalarına aydınlıq gətirir. Fletçer mikroRNT-nin hüceyrələrdə yeni zülallar əmələ gətirmək üçün genetik göstərişlər verdiyini və mikroRNA-nın faydalı ola biləcəyi iki əsas sahənin olduğunu deyib: xəstəlikləri müalicə etmək üçün dərmanların hazırlanmasında və biomarker kimi xidmət etməkdə.

Nobel mükafatı ilə əlaqəsi olmayan kənar ekspert Fletçer "MikroRNT hüceyrədəki genlərin necə işlədiyini dəyişdirir" deyib.

Ambros Harvard Universitetində mükafata səbəb olan araşdırmanı Harvard Universitetində həyata keçirib. O, hazırda Massaçusets Universitetinin Tibb Məktəbində təbiət elmləri professorudur.

Nobel Komitəsinin baş katibi Tomas Perlmann dediyinə görə, Ruvkunun tədqiqatı Massaçusets Ümumi Xəstəxanasında və onun genetika professoru olduğu Harvard Tibb Məktəbində aparılıb. Perlmann açıqlamadan az əvvəl Ruvkunla telefonla danışdığını deyib.

Keçən il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı pandemiyanın yavaşlatılmasında mühüm rol oynayan COVID-19-a qarşı mRNA vaksinlərinin yaradılmasına imkan verən kəşflərə görə macar əsilli amerikalı Katalin Kariko və amerikalı Dryu Ueissmana verilmişdi.

Mükafat pul dəyəriı 1 milyon dollardır.

Bu elan Nobelin builki mükafatlandırma mövsümünə start verib.

Çərşənbə axşamı fizika, çərşənbə günü kimya və cümə axşamı ədəbiyyat üzrə Nobel mükafatnın təqdimatı olacaq. Nobel Sülh Mükafatı cümə günü, İqtisadiyyat üzrə Nobel Memorial Mükafatı isə oktyabrın 14-də elan olunacaq.

Laureatlar mükafatlarını dekabrın 10-da, Nobelin ölümünün ildönümündə keçiriləcək mərasimlərdə almağa dəvət olunur.

Fletçer mikroRNT yanaşmalarının dəri xərçənginin müalicəsinə necə kömək edə biləcəyini görmək üçün klinik sınaqların davam etdirildiyini, lakin hələ də dərman tənzimləyiciləri tərəfindən təsdiqlənmiş heç bir dərman müalicəsi olmadığını deyib. O, bunun yaxın 5-10 il ərzində baş verə biləcəyini gözləyir.

Fletçer mikroRNT-nin müxtəlif xəstəliklərin müalicəsi və izlənilməsi üçün genlərin davranışını idarə edə bilməyin başqa bir yolunu təmsil etdiyini deyib.

Forum

XS
SM
MD
LG