Accessibility links

Ukrayna qüvvələri Krımda neft terminalını vurub


Ukrayna qüvvələri bazar ertəsi Rusiyanın işğalı altında olan Krım yarımadasında neft terminalına hücum edib.

Ukrayna ordusu bildirib ki, onun Feodosiada vurduğu obyektdən Rusiya qüvvələrini təchiz etmək üçün istifadə olunurdu.

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Krım üzərində Ukraynanın 12 dronunu vurduğunu bildirib. Nazriliyin məlumatına görə, həmçinin Rusiyanın Belqorod, Kursk, Bryansk və Voronej regionları üzərində də dronlar vurulub.

Rusiya qüvvələri 2022-ci ilin əvvəlində Ukraynaya tam-miqyaslı hərbi müdaxiləyə başlayandan bəri Ukrayna müntəmadi olaraq Krımda Rusiyanın hərbi obyektlərini vurur. Zərbələr Rusiyanın Qara Dəniz donanmasının fəaliyyətinə əngəl törədib.

Ukraynanın paytaxtı Kyivdə rəsmilər bazar ertəsi Rusiyanın şəhərə havadan zərbə endirdiyini bildirib. Mer Vitali Kliçko Telegramda deyib ki, raket parçaları Kyivin bir neçə rayonuna düşüb, ancaq itki yoxdur.

Ukraynanın Çerkası regionunun qubernatoru deyib ki, hava hücumundan müdafiə qüvvələri Rusiyanın üç dronunu vurub. Mikolaiv qubernatoru isə regionda bir başqa dronun vurulduğunu deyib.

Sumıda rəsmilər deyib ki, Ukrayna ordusu Rusiyanın səkkiz dronunu məhv edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qazının Ukrayna üzərindən Avropaya təchizat müddəti sona çatdı
please wait

No media source currently available

0:00 0:10:03 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG