Çərşənbə günü Dəməşqdə İsrailin hava hücumu nəticəsində üç nəfər həlak olub.
"İsrailin hava hücumu Hizbullah liderləri və İran İnqilab Keşikçiləri Qvardiyasının tez-tez getdiyi Mazzeh məhəlləsindəki yaşayış binasındakı mənzili hədəfə alıb", Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib.
Qrup bildirib ki, ikisi əcnəbi olmaqla, azı üç nəfər həlak olub.
SANA dövlət xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, “İsrail düşməni hava zərbəsi endirib. Məzzeh məhəlləsindəki yaşayış binalarından birini hədəf alıb”. Mənbə 3 mülki vətəndaşın öldüyünü, 3-nün yaralandığını bildirib.
Zərbə çərşənbə axşamı günü hücumundan təxminən 500 metr aralıda olub.
Müşahidə qrupu əvvəlki hücumda biri televiziya aparıcısı olmaqla, üç mülki vətəndaşın, biri Hizbullahdan olmaqla, İranın dəstəklədiyi üç döyüşçünün həlak olduğunu bildirib.
İsrail 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlayandan bəri Suriyaya yüzlərlə zərbələr endirib, əsasən ordu mövqelərini və İranın dəstəklədiyi döyüşçüləri, o cümlədən Hizbullahı hədəf alıb.
İsrail hakimiyyəti nadir hallarda fərdi zərbələri şərh edir, lakin dəfələrlə deyib ki, onlar düşmən İranın Suriyadakı mövcudluğunu genişləndirməsinə yol verməyəcək.
Forum