Təbrizin Taktor futbol komandası ilə Hindistanın Mohun Bagan komandası arasında keçiriləcək matç hind komandasının “təhlükəsizlik səbəbi ilə” İrana getməkdən imtina etməsinə görə ləğv edilib.
İki komanda AFC Çempionlar Liqası-2 oyunları çərçivəsində çərşənbə günü Təbriz stadionunda qarşılaşmalı idi.
Keçən günlərdə Mohun Bagan klubuna aid sosial media hesablarında komandanın “təhlükəsizlik narahatlıqları” səbəbindən İrana getmək istəmədiyinə dair paylaşımlar edilmişdi.
İran İsrailin Tehranın müttəfiqi Hizbullaha qarşı hücumlarına cavab olaraq çərşənbə axşamı İsrailə ballistik raketlər atıb. İsrail hərbi rəsmiləri İranın irimiqyaslı raket hücumuna cavab verəcəklərini qeyd ediblər.
Asiya Futbol Konfederasiyasının rəsmi saytında yazılanlara görə, konfederasiya Hindistan komandasının oktyabrın 2-də keçirilməsi planlaşdırılan oyun üçün İrana səfər etməmək qərarına “diqqət yetirəcək”.
İranın rəsmi dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, Traktor-Mohun Bagan matçına bilet alan tərəfdarların biletləri Traktor ilə Fulad komandaları arasında keçiriləcək oyuna rezerv edilib.
Forum