Accessibility links

Helen qasırğası ABŞ-ın cənub-şərqində ən azı 52 nəfərin ölümünə səbəb olub


Helen qasırğası ABŞ-ın cənub-şərqində ən azı 52 nəfərin ölümünə və milyardlarla dollarlıq dağıntıya səbəb olub. 3 milyondan çox ev həftə sonu elektriksiz qalıb, bəziləri üçün daşqın təhlükəsi davam etməkdədir.

Helen cümə axşamı saatda 225 kilometr sürətli küləklərlə, 4-cü kateqoriyalı qasırğa kimi Floridanın Biq Bend bölgəsində sahilə çıxdı və daha sonra sürətlə Corciya, Cənubi və Şimali Karolina, o cümlədən Tennessi ştatlarına keçdi. Fırtına ağacları kökündən qoparıb, evləri dağıdıb, çayların istiqmətindən çıxması və bəndlərin təzyiqə düşməsinə səbəb olub.

Interstate 40 magistralının və digər yolların bağlanmasına səbəbi ilə Şimali Karolina ştatının qərb hissəsi əlaqə əlaqə kəsilib.

Tennessi ştatının şərqindəki Unikoy vilayətində xəstəxananı su basması səbəbilə onlarla xəstə helikopterlər vasitəsilə ərazidən çıxarılıb.

Ölüm halları Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina və Virciniya ştatlarında baş verib. Associated Press-in məlumatına görə, ölənlər arasında üç yanğınsöndürən, bir qadın və onun 1 aylıq əkizləri, ö cümlədən evinə ağacın düşməsi nəticəsində ölən 89 yaşlı qadın da var.

Forum

XS
SM
MD
LG