Accessibility links

 
ABŞ Dövlət katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

ABŞ Dövlət katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyi X platformasında bildirib ki, xarici işlər nazirlərinin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib.

"Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər", Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

Eyni məzmunlu məlumatı Ermənistan Xarici işlər Nazirliyi X platformasında yayıb.

Tərəflər arasında sonuncu dəfə görüş Antoni Blinkenin təşəbbüsü ilə bu ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində olub.

Sentyabrın ortalarında Blinken Azərbaycan və Ermənistan rəhbərləri ilə apardığı telefon söhbətlərində sərhədlərin delimitasiysı istiqamətində əldə olunan irəliləyişləri alqışlamış, "davamlı və ləyaqətli" sülhün vacibliyini vurğulamışdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG