Accessibility links

Baş Assambleyada çıxış edən dünya liderlərinin diqqət mərkəzində Ukrayna və Yaxın Şərqdə münaqişələrin olacağı gözlənilir


Bir qrup dünya liderinin çərşənbə axşamı BMT-nin Baş Assamleyasında çıxışı planlaşdırılıb. Əsas müzakirə mövzularının Ukrayna, Qəzza və İsrail-Livan sərhədində münaqişələrin olacağı gözlənilir.

ABŞ Prezidenti Co Bayden, Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəsində Ukraynaya dəstəyi və Yaxın Şərqdə sakitlik yaratmaq cəhdləri fonunda, çərşənbə axşamı çıxış edəcək.

Bundan əlavə Polşa Prezidenti Andrzej Dudanın çıxışı planlaşdırılıb. Onun ölkəsi qonşu Ukraynaya yardım ianələrinin paylanma nöqtəsi kimi mühüm rol oynayıb.

İsraillə Livanda qərargahlanan Hizbullah militant qrupu arasında zorakılıqların artdığı bir vaxtda, Qətərin əmiri Şeyx Tamim bin Həmad Əl Taninin də Baş Assambleyada çıxışı planlaşdırılıb. Qətər, Misir və Birləşmiş Ştatlar Qəzza zolağında atəşkəs əldə etmək məqsədilə aparılan danışıqlara başçılıq edib. Rəsmilər regiondakı vəziyyəti nəzarət altına almaq üçün atəşkəsə ehtiyac olduğunu deyir.

Sərhədi yaxınlığında münaqişənin davam etdiyi və bu ilin əvvəlində İsrailə atılan İran dronlarını vuran İordaniyanın kralı II Abdullah da ilk gün çıxış edən liderlər arasındadır.

Çərşənbə axşamı həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Cənubi Afrika Prezidenti Kiril Ramafosa, Vyetnam Prezidenti To Lam, Serbiya Prezidenti Aleksandr Vuçiç və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva çıxış edəcək.

Forum

XS
SM
MD
LG