İran artan regional gərginlik və Rusiyanı silahlandırdığına dair ittihamlar fonunda şənbə günü keçirilən hərbi paradda yeni balistik raketi və təkmilləşdirilmiş tək-istiqamətli hücum dronunu nümayiş etdirib.
Qərb hökumətləri İranı Rusiyanı Ukraya ilə müharibədə isitifadə etməsi üçün həm dron, həm də raketlə təchiz etməkdə ittiham edir. İran isə bu iddiaları dəfələrlə rədd edib.
Dövlət xəbər agentliyi IRNA-nın məlumatına görə, qatı yanacaqla işlətən Cihad raketi İranın İnqilab Keşikçiləri Korpusunun aerokosmik qolu tərəfindən hazırlanan və istehal edilib və 1000 kilometr əməliyyat məsafəsinə malikdir.
O əlavə edib ki, Şahed-136B dronu Şahed-136-nın təkmilləşdirilmiş versiyasıdır və yeni xüsusiyyətlərə və 4000 kilometrdən çox əməliyyat məsafəsinə malikdir.
1980-88-ci illərdə Səddam Hüseynin rəhbərlik etdiyi İraqla müharibəni anmaq məqsədilə hər il keçirilən paradda yeni prezident Məsud Pezeşkian iştirak edib.
“Bu gün bizim müdafiə və çəkindirmə imkanlarımız o qədər artıb ki, heç bir iblis bizim əziz İranımıza qarşı hər hansı aqressiya haqda düşünümür belə,” o deyib.
“İslam ölkələri arasında birlik və həmrəyliklə...biz heç kəsə, nə qadın, nə uşaq, nə qoca, nə də gəncə rəhm etməyən qaniçən, soyqırımçı qəsbkar İsraili yerinə oturda bilərik.”
İranın dəstəklədiyi fələstinli militant qrup HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək, Qəzzada müharibəyə və region boyu İranın müttəfqilərinin cəlb olunmasına səbəb olandan bəri Yaxın Şərqda qarışıqlıq hökm sürür.
Son günlərdə İsrail hücumlarını Livan sərhədinə yönəltməsindən sonra gərginlik artıb. İsrail qüvvələri orada İranın dəstəklədiyi Hizbullah militant qrupuna qarşı mübarizə aparır.
İsrailin cümə günü Hizbullahın Beyrutdakı istinadgahına hava hücumu nəticəsində qrupun elit Rədvan Qüvvələrinin 16 üzvü öldürülüb. Bu barədə qrupa yaxın mənbə məlumat verib.
Britaniya, Fransa, Almaniya və ABŞ İranın Rusiyanı Ukraynadakı müharibəsi üçün balistik raketlə təmine etdiyini iddia edərək, bu ayın əvvəlində Tehrana yeni sanksiyalar tətbiq edib.
Forum