Accessibility links

Livanda Hizbullahı hədəf alan yeni partlayışlar nəticəsində 14 nəfər ölüb


Livanda baş vermiş yeni silsilə partlayışlar nəticəsində azı 14 adam həlak olmuş, 450 nəfər yaralanmışdır. Partlayışlar Hizbullah militantlarının istifadə etdikləri radio cihazlarında baş verib.

Partlayışlardan biri İranın himayə etdiyi Hizbullah militant qrupun dünən ölmüş üç üzvünün və bir uşağın dəfni zamanı olub. Bu adamlar çərşənbə axşamı peycerlərin partlaması nəticəsində həlak olan 12 nəfər sırasında idilər.

Hizbullah hücuma görə İsraili günahlandırıb. Təhlükəsizlik üzrə bəzi Yaxın Şərq və ABŞ ekspertləri peycer hücumlarını İsrail xüsusi xidmət orqanları ilə əlaqələndirsə də, İsrail rəsmiləri bu ittihamı şərh etməyiblər.

Çərşənbə günü Hizbullah İsrail artilleriya mövqelərini qisas aktı olaraq hədəf aldığını bildirib.

Təhlükəsizlik mənbəyi bildirib ki, Hezbullah radio qurğuları beş ay öncə peycerlərlə eyni vaxta alıb.

Yüksək rütbəli Livan təhlükəsizlik mənbəyi Reutersə bildirib ki, xarici məkanlarda mürəkkəb əməliyyatlar keçirmək təcrübəsi olan Mossad çərşənbə axşamı partlayan peycerlərə partlayıcı maddə yerləşdirib.

Yerli rəsmilərin bildirdiyinə görə, partlayışlar paytaxt Beyrut və Livanın digər bölgələrini əhatə edib.

Forum

XS
SM
MD
LG