Accessibility links

ABŞ-da pasportlar onlayn yenilənə bilər


Amerikalıların indi tez-tez gecikmələrə səbəb olan çətin poçt-kağız müraciət prosesinə ehtiyac qalmayıb. Pasportlar onlayn yenilənə bilərlər.

ABŞ Dövlət Departamenti çərşənbə günü elan edib ki, onun onlayn pasport yeniləmə sistemi artıq tam fəaliyyət göstərir.

Dövlət katibi Antoni Blinken verdiyi açıqlamada "Ənənəvi kağız müraciət prosesinə bu onlayn alternativi təklif etməklə departamentin mümkün olan ən səmərəli və rahat pasport yeniləmə təcrübəsinin təklifi rəqəmsal transformasiyanı əhatə edir" deyib.

COVID-19 pandemiyasının səbəb olduğu kadr çatışmazlığı pasportların dəyişdirilməsi prosesi uzun gecikmələrlə nəticələndikdən sonra departament işə qəbulu sürətləndirib və keçən illə müqayisədə gözləmə müddətini təxminən üçdə bir dəfə azaldan digər texnoloji təkmilləşdirmələr tətbiq edib.

Deyilir ki, ərizələrin əksəriyyəti altı-səkkiz həftədən çox az müddətdə tamamlanır. Onlayn yeniləmə sisteminin bunu daha da azaldacağı gözlənilir.

Yenilənmə müraciətləri www.Travel.State.Gov/renewonline vebsaytı vasitəsilə təqdim edilir.

Forum

XS
SM
MD
LG