Accessibility links

Çeçenistanda Azərbaycan vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştiraka məcbur edildiyi bildirilir


Hərbi dəbilqə
Hərbi dəbilqə

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərə göndərilmək üçün Çeçenistanda avqustun sonlarında saxlanılan Azərbaycan vətəndaşları əmək miqrantlarıdır.

Bu barədə Çeçenistanda saxlanılanlardan Nihad Rzayevin atası, Tovuz rayonunun Əlibəyli kənd sakini Tapdıq Rzayev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, oğlu ilə yanaşı, iki yaxın qohumu - Vüqar Məhərrəmov və Elxan Şirinov da saxlanılıb.

“Üçü də Çeçenistana bu ilin mayında gediblər və tikintidə malakeş işləyirdilər. Bir ay əvvəl üçü də qeydiyyatlarının olmaması bəhanəsi ilə saxlanılıblar. Məhərrəmov və Şirinov Ukraynada müharibəyə göndərilmələri haqqında müqavləni imzalamağa məcbur ediliblər. Hazırda onlar Qroznıda "Şimali Axmat" hərbi hissəsində hazırlıq keçirlər”, o qeyd edib.

Rzayevin oğlu hələlik mühacirlərin müvəqqəti saxlanma məntəqəsindədir. Orada daha iki azərbaycanlı saxlanılır.

Ata oğlunun da müqavilə imzalamağa məcbur ediləcəyindən ehtiyatlanır.

Rzayev deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinə və Nazirlər Kabinetinə müraciət edib, bundan sonra Rusiya tərəfinə nota göndərilib.

Rzayev deyib ki, Xarici İşlər Nazirliyinin nümayəndəsi müntəzəm olaraq onunla əlaqə saxlayır və sonuncu məlumata görə, Azərbaycan vətəndaşlarının evə qaytarılması haqqında ümidverici xəbərlər var.

Azərbaycan Xarici İşlər Nazirliyi Amerikanın Səsinin Rusiya Xarici İşlər Nazirliyinə Çeçenistanda saxlanılan vətəndaşlarla bağlı nota göndərilib-göndərilməməsi barədə sorğusuna hələ cavab verməyib.

Bununla yanaşı, yerli mediada Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota göndərməsi ilə bağlı məlumatlar yayılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG