Accessibility links

Miller: Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

ABŞ hər zaman Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini bir araya gətirmək üçün imkanlar axtarır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 16-da brifinq zamanı deyib.

“Biz davamlı sülh razılaşmasına nail olmaq üçün hər iki ölkənin səylərini dəstəkləməyə davam edirik. Onlar bu yolda mühüm irəliləyiş əldə ediblər və biz onlara mümkün olan hər cür yardımı göstərməyə, o cümlədən faydalı olacağı halda görüş təşkil etməyə hazırıq”, o bildirib.

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Dövlət Departamentinin yaydığı açıqlamaya əsasən, söhbətin diqqət mərkəzində Azərbaycanla Ermənistan arasında "dayanıqlı və şərəfli" sülhə doğru səylər olub.

Bundan öncə, sentyabrın 12-də ABŞ Dövlət katibi Antoni Blinken Ermənistanın Bzş naziri Nikol Paşinyanla telefonla danışıb. Telefon danışığı zamanı Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib. Dövlət katibi həmçinin tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyası tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Azərbaycan prezidenti İlham Əliyev ötən ay sazişin mətninin 80-90 faiz hazır olduğunu deyib, lakin Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyaya dəyişiklik etmədən onu imzalamağın mümkün olmadığını vurğulayıb.

Forum

XS
SM
MD
LG