Accessibility links

Tofiq Yaqublu: Əgər viza düzəldə bilsəydim, bunu ilk növbədə oğlum üçün edərdim


Tofiq Yaqublu
Tofiq Yaqublu

Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yaqublu ona qarşı ittihamların uydurma və siyasi motivli olduğunu bildirib. Bugünkü məhkəmə Tofiq Yaqublunun ifadəsi ilə davam etdirilib. Dövlət ittihamçısı siyasətçidən viza almaqda kiməsə kömək edib-etmədiyi barədə soruşub.

"Əgər viza düzəldə bilsəydim, bunu ilk növbədə oğlum üçün edərdim", deyə Yaqublu cavabında deyib.

Vəkil Aqıl Layıc bildirib ki, müdafiə tərəfi zərərçəkmiş Elxan Hüseynovun real telefon nömrəsini müəyyənləşdirə bilib. Vəkilin sözlərinə görə, istintaq materiallarında göstərilən telefon nömrəsi düzgün deyil. Vəkil vəsatət qaldırıb ki, mobil operatordan Yaqubluya "viza üçün pul verildiyi" dövrə aid Hüseynovun nömrəsinin anten məlumatları istənilsin. Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə prosesi sentyabrın 27-də keçiriləcək.

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG