Accessibility links

Rza Talibi: Mövzu Azərbaycan və Türkiyəyə gələndə iranlı dissidentlər İslam Respublikası ilə birlikdə hərəkət edir


Rza Talibi
Rza Talibi

İranın siyasi mühitində uzun müddətdir danışılan “Zəngəzur dəhlizi” mövzusu, Rusiya prezidenti Vladimir Putinin keçən ay Azərbaycana səfərindən sonra İran rəsmiləri, eləcə də iranlı müxaliflər və farsdilli media tərəfindən daha intensivi bir şəkildə müzakirə olunur.

Rza Talibi: Mövzu Azərbaycan və Türkiyəyə gələndə iranlı dissidentlər İslam Respublikası ilə birlikdə hərəkət edir
please wait

No media source currently available

0:00 0:14:00 0:00
Direct link

Jurnalist və beynəxalq əlaqələr üzrə ekspert Rza Talibi Amerikanın Səsinə söhbətində “Zəngəzur dəhlizi” ilə əlaqədar müzakirələrin hazırkı vəziyyəti haqqında danışıb. O, eləcə də İran hakimiyyəti ilə birlikdə müxtəlif iranlı siyasi qrupların da dəhlizin inşasına kəskin etirazlarının səbəblərini şərh edib.

“Zəngəzur koridoru ilə əlaqədar İranda bir neçə arqument ortaya qoyulur. Biri odur ki, bunlar deyir ki, bu koridor ilə İran-Ermənistan sərhədi bağlanacaq. Ancaq, elə bir şey yoxdur. İkincisi, bunlar buna NATO-nun yaratdığı koridor deyirlər. Ayrıca, burada Türkiyəni çox təsirli görürlər və deyirlər ki, bu Turan koridoru olacaq və Türk Dünyasını birbirinə bağlayacaq və İranın faydasına olmayacaq. İranın bu Zəngəzur məsələsinə fokuslanmasının bir səbəbi də təbii ki, İran Azərbaycanı məsələsidir ki, bunu təhlükəsizlik məsələsi olaraq görür,” Rza Talibi söyləyib.

İranın rəsmi və yarı-rəsmi mətbuat orqanlarında Zəngəzur dəhlizi sıx-sıx “Turan dəhlizi” və “NATO dəhlizi” ifadələri ilə təqdim edilir.

Talibi hesan edir ki, İran İslam Respublikası Zəngəzur dəhlizi ilə bağlı siyasi və iqtisadi fayda perspektivindən daha çox ideoloji əsaslı mövqe sərgiləyir.

İranın müxtəlif siyasi qrupları, o cümlədən ölkə xaricindəki dissident qrupların Zəngəzur dəhlizinə münasibəti böyük ölçüdə İslam Respublikasının mövqeyi ilə üst-üstə düşür.

Jurnalistin sözlərinə görə, “özəlliklə təhlükəsizlik və ya hərbi məsələlərdə bəzi İran müxalifətinin içərisindəki ifrat sağ və ya ifrat sol kəsimlərin söyləmi İslam Respublikasının söyləmi ilə üst-üstə düşür. O da müvəqqəti olur, yəni strateji mövqe deyil, taktiki olur. Ancaq Azərbaycan və Türkiyə məsələsinə gələndə 90 faiz bu müxalifət, ideoloji davranan İran hakimiyyəti ilə eyni mövqedə olur və hərəkət edir.”

Rza Talibi son vaxtlar farsdilli media və sosial şəbəkələrdə yayılan məzmunlara diqqət çəkərək əlavə edir ki, “verilişlərdə gördüyümüz rasionallıqdan uzaq mövqe İran hakimiyyətinin mövqeyi ilə eynidir ki, islami əsaslara deyil, daha çox radikal İran milliyyətçiliyinə dayanır. Bunu ərəblərə qarşı olan məsələlərdə də görə bilirik. Ümumiyyətlə İranın bəzi ideoloqlarının fikir təməli anti-türk diskursdan təşkil olunur. Biz baxdığımız zaman, Azərbaycan və Türkiyənin İrana digər qonşularından daha çox iqtisadi mənfəətləri olub və daha az konfliktə giriblər. Amma, yenə də onlara qarşı bir mövqe var. Qarabağ savaşı və Azərbaycanın işğal olunmuş ərazi üzərində suverenliyini bərpa etməsindən sonra bunu daha ifrat şəkildə gördük.”

Forum

XS
SM
MD
LG