Accessibility links

Tramp Harrisə qarşı 2-ci debatı rədd edir


Donald Tramp Kamala Harrisə qarşı daha bir prezidentlik debatını istisna edib. Harrisin kampaniyası iki namizədin səhnədə görüşündən sonra bir neçə saat ərzində böyük məbləğdə ianə topladığını elan edib.

Respublikaçılar Partiyasının namizədi Tramp Truth Social-da "ÜÇÜNCÜ DEBAT OLMAYACAQ!" yazıb.

Çərşənbə axşamı Harrisə qarşı debat Trampın prezident Co Baydenə qarşı iyun debatından sonra keçirilib. Keçmiş prezident başqa bir debatdan imtina edərək bildirib ki, qarşılaşmada uduzan "boksçu" həmişə daha bir görüşün keçirilməsinə çağırır.

Bir gün əvvəl o, Harrislə başqa bir debat üçün görüşüb-görüşməyəcəyi sualına "mən bilmirəm" deyə, cavab vermişdi.

Bəzi respublikaçılar, o cümlədən Respublikaçı senator Con Tun Trampı Harrisə qarşı yenidən debat keçirməyə çağırıb.

Demokratların namizədi Harris cümə axşamı Şimali Karolinada keçirilən mitinq zamanı deyib ki, o və keçmiş prezidentin yenidən debat keçirməsi "seçicilər qarşısındakı borcudur".

Bu arada, Harrisin kampaniyası çərşənbə axşamı Trampa qarşı debatdan sonrakı 24 saat ərzində təxminən 600 000 donordan 47 milyon dollar topladığını bəyan edib.

Çərşənbə axşamı günü keçirilən debat Tramp və Harrisin ilk görüşü idi. Qarşılaşma zamanı vitse-prezident əsasən tonuna nəzarət edərək, Trampı mübaliğələrdən və yanlış bəyanlardan ibarət qıcıqlanmış cavablar verməyə sövq edib.

Bu qarşılaşma, Trampın Baydenlə debatından iki ay sonra baş verib. Həmin debatda Bayden sərgilədiyi zəif performansdan sonra namizədliyini geri çəkərək, öz yerinə namizəd kimi Harrisi dəstəkləyib.

Forum

XS
SM
MD
LG