Accessibility links

Jurnalist Teymur Kərimovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Teymur Kərimov
Teymur Kərimov

Sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal 11" İnternet Televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Vəkil Nemət Kərimli bildirib ki, bugünkü məhkəmədə zərərçəkmiş kimi tanınan Leyla Almaszadə ifadə verib, lakin onun ifadəsinin cinayət işinə aidiyyəti yoxdur.

"Ona verilən bir neçə sualla məlum oldu ki, Teymur Kərimovun özünün dediyi müəyyən məsələlər öz təsdiqini tapdı. Qəribədir ki, müstəntiq cinayət işinə bu şəxsi necə daxil edib. Zərərçəkmiş kimi tanınan şəxsin uşaq bağçasında valideynlə münasibəti olub və pulu o qadın istəyib. Onlar razılaşıblar ki, video silinəndən sonra valideynə zərərçəkən kimi pul ödənilsin. Burada hər hansı hədə-qorxu ilə pul tələb etməkdən söhbət gedə bilməz", deyə vəkil qeyd edib.

Jurnalist Teymur Kərimovun işi üzrə zərərçəkən şəxs dindirilib
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Leyla Almaszadə məhkəmədə özəl uşaq bağçasının rəhbəri olduğunu deyib. Onun sözlərinə görə, müəssisədə uşaq xəstələnib və onun anası - Vəfa adlı qadın uşağın xəstələnməsinə səbəb kimi tərbiyəçilərin onlara yaxşı baxmamasını göstərərək, təzminat tələb edib.

Uşaq bağçasının müdiri təzminat ödəməkdən imtina edib, uşağın adi qripə yoluxduğunu və işçilərin bunda təqsiri olmadığını deyib:

"Sabahsı gün valideyn Teymur Kərimovla birlikdə gəlib və mənim etirazlarıma baxmayaraq, çəkiliş aparmağa başlayıb. Reportaj yayıldıqdan sonra valideyn yenidən təzminat tələb edib. Mən görüntülərin silinməsi şərti ilə, valideynə 300 manat verməyə razılaşdım".

Almaszadə məhkəmədə Kərimovla tanış olmadığını və ona pul vermədiyini, iddialarının uşağın valideyni ilə bağlı olduğunu vurğulayıb.

Növbəti iclas sentyabrın 27-nə təyin edilib.

Jurnalist məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Həmçinin, Kərimov idarədə ona işgəncə verildiyini deyib.

Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.

İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.

Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.

Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG