Accessibility links

İlqar Məmmədov partiya sədrliyindən istefa verib


İlqar Məmmədov
İlqar Məmmədov

Sentyabrın 11-də REAL Partiyasının sədri İlqar Məmmədov partiya sədrliyindən istefa verdiyini bəyan edib. Siyasətçi Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrinə dair qərarından sonra Siyasi Komitənin REAL partiyasına yeni rəhbər seçəcəyini bildirib.

"Mərkəzi Seçki Komissiyası bu gün təqdim elədiyim əsas arqumentləri və sübutları kənara qoyaraq, dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair şikayətimi rədd etdi. Nəticə etibarı ilə, ötən il söz verdiyim kimi, REAL partiyasının lideri vəzifəsindən istefa verdim", deyə partiya lideri qeyd edib.

İlqar Məmmədov 2010-cu ildən Respublikaçı Alternativ (REAL) Hərəkatının sədridir. Hərəkat 2008-ci ildə təsis olunub.

REAL 2020-ci ilin avqustunda partiya olaraq dövlət qeydiyyatına alınıb.

İlqar Məmmədov 2013-cü ilin yanvarında Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Avropa Məhkəməsi 2014-cü ildəki qərarı ilə onun siyasi səbəblə həbs edildiyi haqda qərar çıxarıb.

2018-ci il avqustun 13-də İlqar Məmmədov şərti azadlığa buraxılsa da, Avropa Şurası bunu yetərli icra forması saymayıb, çünki 2019-cu il mayın 29-da Avropa Məhkəməsi daha bir qərar verərək Azərbaycanın İlqar Məmmədov işində Şuradakı üzvlük öhdəliklərini pozduğunu bildirib.

Lakin 2020-ci ilin aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verəndən sonra Avropa Şurası işi bağlayıb və Azərbaycan üzərindən üzvlükdən çıxarılma təhlükəsi götürülüb.

Forum

XS
SM
MD
LG