Accessibility links

ABŞ-ın Azərbaycandakı Səfirliyində 11 sentyabr terror qurbanlarının xatirəsi yad edilib


ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby (Foto :ABŞ səfirliyi)
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby (Foto :ABŞ səfirliyi)

ABŞ-nın Azərbaycandakı Səfirliyində 11 sentyabrda ABŞ-də baş verən terror hadisələrinin qurbanları anılıb.

Bu barədə səfirliyin Facebook səhifəsində qeyd edilib

"Bu gün səfir Mark Libby başda olmaqla, ABŞ səfirliyinin əməkdaşları Nyu-Yorkda 11 sentyabr hücumlarında həlak olmuş 2977 günahsız insanın xatirəsini yad etmək üçün toplaşıblar. Birləşmiş Ştatlar tariximizin bu faciəli anında göstərdiyi dəstəyə və yardım təklifinə görə hər zaman Azərbaycana minnətdar olacaq", - deyə bildirilib.

Siyasi şərhçi Aqşin Kərimov Amerikanın Səsinə bildirib ki, Azərbaycan ABŞ-nın Əfqanıstanda terrorizmə və ekstremizmə qarşı apardığı antiterror əməliyyatlarına dəstək verən ölkələrdən olub.

Aqşin Kərimov, siyasi şərhçi
Aqşin Kərimov, siyasi şərhçi

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə ABŞ-nin həyata keçirdiyi tədbirləri dəstəkləməsi Bakı-Vaşinqton əlaqələrinin sonra dinamikasına əhəmiyyətli müsbət təsir edib.

“Bu amil Azərbaycanla ABŞ arasında münasibətlərin irəliləməsinə, hətta tərəfdaşlıq əlaqələrinin qurulmasına qədər gətirib çıxaran faktorlar sırasında çıxış edib. Azərbaycanın terrorizmin qarşısının alınmasındakı rolu onun NATO ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığında da böyük səhifələr açıb”, Aqşin Kərimov əlavə edib.

2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror təşkilatının 19 üzvü ABŞ-da ələ keçirdikləri 4 sərnişin təyyarəsinin ikisini Nyu-Yorkda o vaxt üçün ən hündür tikili olan Dünya Ticarət Mərkəzinin (World Trade Center) qoşa binalarına, digərini isə Vaşinqton yaxınlığındakı Pentaqon binasına çırpıblar. Dördüncü təyyarə isə Pensilvaniya ştatı üzərində qəzaya uğrayıb. Terror hücumları nəticəsində 2977 insan həyatını itirib.

Forum

XS
SM
MD
LG