İşğal altındakı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinə qarşı nümayiş zamanı güllələnən öldürülən türk əsilli amerikalı qadının ailəsi şənbə günü İsrail hərbçilərini onu “zorakılıqla” öldürməkdə ittiham edərək, onun ölümü ilə bağlı müstəqil araşdırma aparılmasını tələb ediblər.
26 yaşlı Aysenur Ezgi Eygi cümə günü İordan çayının qərb sahilindəki Beyta şəhərində nümayişdə iştirak edərkən "başından güllə ilə vurulub".
"O, həyatımızdan İsrail hərbçilərinin lüzumsuz, qanunsuz və zorakı hərəkəti ilə alındı", Eyginin ailəsinin yaydığı bəyanatda deyilir.
“ABŞ vətəndaşı olan Aysenur dinc şəkildə ədalətin tərəfdarı idi və o, videoda göründüyü kimi, İsrail hərbçisinin atəş açdığı güllə ilə öldürüldü.”
“Biz prezident (Co) Bayden, vitse-prezident (Kamala) Harris və dövlət katibi (Antoni) Blinkeni ABŞ vətəndaşının qanunsuz şəkildə qətlə yetirilməsi ilə bağlı müstəqil təhqiqatın aparılmasına göstəriş verməyə və günahkar tərəflərin tam məsuliyyətini təmin etməyə çağırırıq”.
İsrail ordusu bildirib ki, onun qüvvələri etiraz aksiyası zamanı “qüvvələrə daş atan və onlara təhlükə yaradan zorakılıq fəaliyyətinin əsas təhrikçisinə atəşlə cavab verib”.
Eygi Fələstin tərəfdarı olan Beynəlxalq Həmrəylik Hərəkatının (ISM) üzvü idi və ISM-in məlumatına görə, cümə günü İsrail yaşayış məntəqələrinə qarşı həftəlik nümayiş üçün Beytada idi.
BMT-nin hüquqlar bürosunun və ölümü elan edildiyi Rafidia xəstəxanasının məlumatına görə, Eygi cümə günü etiraz aksiyası zamanı başından vurulub.
Türkiyə onun "İsrail işğalçı əsgərləri" tərəfindən öldürüldüyünü bildirib, prezident Rəcəb Tayyib Ərdoğan isə İsrailin hərəkətini "barbarlıq" adlandırıb.
Vaşinqton bunu “faciəli” hadisə adlandırıb və yaxın müttəfiqi İsraili araşdırması üçün təzyiq edib.
Təxminən 490 min insanın yaşadığı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələri beynəlxalq hüquqa görə qanunsuzdur.
Yerli səhiyyə rəsmilərinin məlumatına görə, HƏMAS militantlarının oktyabr ayından İsrailə qarşı hücumundan sonra İsrail əsgərləri və ya məskunlaşanların İordan çayının qərb sahilində 690-dan çox fələstinlini öldürüb.
İsrail rəsmilərinin bildirdiyinə görə, eyni müddət ərzində fələstinlilərin hücumları nəticəsində təhlükəsizlik qüvvələri də daxil olmaqla ən azı 23 israilli həlak olub.
Forum